Cümə, 2018-12-14, 16:33
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [21]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 247
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Avqust » 16 » Müvəffəqiyyətin beyindəki izləri!(2 ci hissə)
Bookmark and Share
Müvəffəqiyyətin beyindəki izləri!(2 ci hissə)
12:15

 Qadın və kişidə ehtirasın sərgiləniş fərqi Qadın və kişidə yarışma ruhunun fərqli olduğuna inanan antropoloqlar, bunun köklərinin cütləşmə strategiyalarında yatdığını irəli sürür. Kişilər rəqabətçi bir artma strategiyası mənimsəyərkən, qadınlar qısa vədəli çıxarlar üzərinə deyil, uzun sürəcək bir əlaqəni xəyal etdikləri üçün daha həqiqi bir tutum mənimsəyərlər. Babınlar və köhnə dünya meymunlarında analarının ictimai sinifləri gənc dişilərə miras qalar. Analar dolayı yola öz səviyyələrini artırarkən, qız övladlarının da səviyyələrini düşünmək məcburiyyətində qalarlar. Bu cür bir ənənənin insanlarda da hökm sürdüyü görülür. Bu cür yanaşmaları 21.əsrin iş şərtlərinə tətbiq etsək, uşaqlarına baxmaq üçün işi buraxan anaların qısa vədəli hədəflərini bir kənara buraxaraq, uzun vədəli çıxarlar arxasında olduğunu anlayarıq. Ailə və mədəniyyətin rolu Ehtirasın dərəcəsini təyin edən iki əhəmiyyətli faktordan biri sizin ailə, digəri də ailənizi yaradan mədəniyyətdir. Bir çox psixoloq, uşaqları üçün iddialı lakin həqiqi hədəflər qoyan ailələrin, müvəffəqiyyətləri alqışlayaraq, səhvləri xoş görərək özünə güvənən uşaqlar yetişdirəcəyinə inanır. Ailələrin idarə edə bilmədiyi, ancaq uşaqların yetişdirilməsində çox əhəmiyyətli bir rol oynayan bir başqa faktor da uşaqların içində doğulduqları şərtlərdir. Zənginliyin və yoxsulluğun insanlarda hədəfə çatma arzusu üzərində necə bir təsir yaradacağını təxmin etmək çətindir. Ümumiyyətlə bu mövzuda görülən işlər, ehtiraslı insan oranın ən yüksək olduğu seqmentin orta sinifin üst təbəqəsi olduğunu göstərir. Bunun, bu sinifdəki insanlarda narahatlıq səviyyəsinin çox yüksək olmasından qaynaqlandığı düşünülür. Ehtiras və 4 kateqoriyada Antropoloqlar ehtirası ölçərkən ailələri 4 kateqoriyaya bölərlər: -Yoxsullar -Mübarizəni buraxmayıb, ayaqda qalmağı bacaranlar -Üst orta sinif -Zənginlər İlk iki sinifə daxil olanlar üçün ehtiras lüksdür. Zənginlər üçün isə ehtirasa ehtiyac yoxdur. Üst orta sinif iqtisadi olaraq etibarda olmaqla birlikdə bu zəmanəti itirmə qorxusuyla özlərini möhkəmə almaq istəyərlər. Bu səbəbdən əllərindəki imkanları artırma səyinə girərlər. "Buna status narahatlığı deyirik" deyə danışan antropoloq Lowe, "Bu sinifdə doğulanların bir çoxunda bu ehtiras ilk başlarda olmasa belə sonradan olar" deyir. Narahat cəmiyyətlər Ancaq bəzi cəmiyyətlər insanları daha narahat edər. Məsələn ABŞ hər vaxt "əvvəl mən" cəmiyyətidir. Bu xüsusiyyət paylaşılan qaynaqların azalmaya üz tutduğu bu günlərdə belə davam edir. Digər ölkələrdə bu mövzuda fərqli bir yol izləniyir. Bu yol mədəni DNT nın nə qədər dərinlərə daldığına bağlı olaraq dəyişir. Amerikan modeli zənginlik yaradarkən, qarşılığında yüksək bir əvəz ödəmə gərəkliliyidə gətirir. Məsələn ehtiras silahı bəzən ehtiraslı adama yönələ bilir. Ohio State Universitetində şagirdlərdəki stress səviyyəsini ölçmək üçün təşkil etdiyi təcrübələrdə, Demerath, başqa tapıntılarada çatdı. Bacarma arzusunun yüksək səviyyələrdə seyr edildiyi şagirdlərdə aldatma kimi, əxlaqi çöküş izlərinə rast gəlindi. "Uşaqlar belə bir mühitdə öz əxlaq qaydalarını özləri yaradırlar" deyə danışan Demerath, "Rəqabətçilik o qədər içlərinə işləmiş ki, şəxsiyyətləri rəqabət təməli üzərinə oturmuş" deyir. Qürrələnmək faydasız Demerath bu təcrübəni fərqli bir mədəniyyətdə tətbiq etdiyində son dərəcə fərqli nəticələrlə qarşılaşdı. 1990 cı illərdə Papua Yeni Gvineyada bir il qalaraq kiçik uşaqların öyrənmə müddətlərini izlədi. Bu ölkədə məktəblərdə fərdi rəqabətə yer verilmədiyini, toplu müvəffəqiyyətin hər şeydən əhəmiyyətli olduğunu gördü. Başqalarının uduzması üzərinə qurulan müvəffəqiyyət, Papua Yeni Gvineyada nümayiş və "əbəs məşğuliyyət" hesab edilirdi. Bu ağıllıca bir taktika idi. Çünki əkinçiliklə və ya balıqçılıqla dolanan bir ölkədə, xəstə olduğunuz zaman sizin yerinizə tarlanızla maraqlanan və ya sizin üçün balıq ovlayan birinin olması nizamın davamı üçün lazımlıdır. Halbuki sinifdə "qürrələnməy"ın belə bir faydası yoxdur. Ardı var...

Bölmə: Məqalə | Baxılıb: 635 | Müəllif: vatanbaku | Teqlər: beyindəki, izləri, Müvəffəqiyyətin | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2018Free web hostinguCoz