Cümə, 2019-01-18, 13:24
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [21]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 248
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Avqust » 17 » Etniklik Nədir?
Bookmark and Share
Etniklik Nədir?
11:12


Ümumi mənada bir ictimai qrupun irq, dil və ya milli şəxsiyyətidir. Kollektiv şəxsiyyətin dini, milli, mədəni və alt-mədəni kimi müxtəlif formalarını bünyəsində yığa bilər. Terminin orijinal Yunanca mənası ethnos, qəbilə və ya irqdir. İctimai elmlərdə bu anlayış, mədəni məcranın bioloji və genetik təyin ediciliyi xaricinə çıxaraq, "ethos" (bir qövmün və ya ictimai bir təşkilatın xüsusiyyətləri) və "ədəd" (ictimai öyrənmə və ictimai miras) mənalarında istifadə edilməkdədir. İrq və mədəniyyət ünsürlərinin mümkün birləşimləri, ictimai analizlərdə müstəqil dəyişən olaraq görülməkdədir[1]. Etnik fərqliliklər ictimai olaraq çıxarılmaqda və qorunmaqdadır. [2]


Milli və etnik şəxsiyyətlər bir ölçüdə irq faktorunun təyin ediciliyinə söykənərlər. Ancaq, digər ünsürlərdən təcrid edilmiş yalnız bir faktora söykənən bir şəxsiyyət quruluşu düşünülə bilməz. Məsələn, Kiprdə yaşayan Türk və Rum seqmenti irq, mədəniyyət, din, ictimai, və linguistik şəxsiyyətlərinin tamamilə ələ alınmaqdadır. [3] Bundan ötəri tam Müsəlman və ya Türk şəxsiyyəti yoxdur. Mütləq bu ünsürlərin və dəyərlərinin tarixi müddət içində bir şərhi və kombinasiyası lazımlıdır. Beləcə milli mədəniyyətdən müstəqil milli bir şəxsiyyət düşünülə bilməz.


Etniklik, digər bir yanaşma ilə, siyasi etniklik və mədəni etniklik olaraq iki dəyişik mənada ələ alına bilər. Bunlardan ilki, etnik çərçivədəki bir qrupun siyasi hərəkətliliyini və ya şüurunu, o birisi isə, başqa mədəni dəyərlərə olan bağlılığını və ya tətbiqlərini işarə edər. [4] Hər iki növdə də ortaq xüsusiyyət, qrupun sahib olduğu fərqlilik şüurudur.


Siyasi və mədəni etniklik, irq qrupları, etnik azlıq statusu, alt qruplar kimi bir-birindən fərqli mənalarda analiz edilə bilməkdədir. İstifadəsi yayılmış son dərəcə ümumi bir məna ifadə etməkdə, və buna görə də böyük bir anlayış qarışıqlığı meydana gelmektedir[5]. Bu vəziyyət, müəyyən bir qrupun ictimai quruluş içində, nə növ bir yer işğal etdiyini də təyin etməkdə çətinlik çıxarar. Necə ki, Amerikan mədəniyyəti içindəki Yəhudi əhalinin vəziyyəti, bəzən etnik qrup, bəzən irq qrupu, bəzən də alt qrup olaraq adlandırılmaqdadır. Bu nümunələrdən ən diqqət çəkəni zəncilərin vəziyyətidir. Amerikadakı zənci əhalisi tamamilə məşhur mədəniyyət içində əridilmiş olmasına və irq fərqliliyindən başqa bir xüsusiyyətləri qalmamış olmasına baxmayaraq "irq qrupu" olaraq deyil, etnik qrup olaraq adlandırılmaqdadırlar[6].


Qərb ölkələrində, anlayışın işlənmə müddəti və ifadə etdiyi məna, cəmiyyət quruluşu və iqtisadi inkişaf fərqlərindən ötəri, bəzi dəyişikliklər ərz etmektedir[7]. Bunların ən əhəmiyyətlilərindən biri, bu ölkələrin inkişaf müddətləri boyunca, müstəmləkə məmləkətlərdən götürdükləri köçdür. Belə bir ictimai hərəkətliliyin müəyyən saiklərinden biri, köç edən insanların bu yeni ölkənin bəzi xüsusiyyətlərini seçmələridir. Seçim ünsürünün oynadığı rol, bir müddət sonra söz mövzusu qrupun, məşhur ictimai quruluş içində əriməsinə və nəticədə orijinal mədəni ünsürlərə iştirak edici bir çeşni halına çevrilməsinə səbəb olmaqdadır. Qısaca, yeni bir şəxsiyyət əldə edilməkdədir.


Köç xüsusiyyətindəki ictimai hərəkətliliklər etniklik şüurunu artırar. Sənayeləşmə və şəhərləşmə müddətində, böyük əhali kütlələri daha əvvəldən müəyyən bir tarazlığa oturmuş olan mövcud ictimai strukturlarını pozmaq məcburiyyətində qalaraq köç etməkdə, və şəhərlərdəki yeni iqtisadi və ictimai nizam içində özlərinə bir yer tapmağa, şəxsiyyət əldə etməyə, çalışmaqdadırlar. Belə bir dəyişmə müddəti nəticəsində, fərdi tutum və davranışlarda iki dəyişik variant müşahidə edilə bilər; ya qarşılaşılan yeni nizamın mədəni xüsusiyyətlərini özümseyerek məşhur şəxsiyyət tipi mənimsənəcək , ya da sahib olunan ənənəvi xüsusiyyətlərin varlığından bir ictimai güc əldə etmək məqsədiylə bir araya gəlinərək etnik qrup yaradılacaq. Ümumiyyətlə etnik fərqliliklərin qorunmasının və zaman zaman ön plana çıxarılmasının, bu mənada, fərd və ya qrupun bütünü haqqında əslində bir üstünlük təşkil etdiyini vurğulamaq lazımdır.


Bir tərəfdən etnik şəxsiyyət hakim mədəniyyət içində əridilərkən, kənar yandan davam edən köç etnik şəxsiyyətdə meydana gələn erozyonu aradan qaldırmaqdadır. Əvvəldən köç etmiş olanlar bir müddət sonra hakim mədəniyyətə uyğunlaşma təmin etməkdə və mədəni məsafəni daraltmaqdadırlar. Yaşayan etnik fərqliliklər gedərək azalmaqdadır. Ancaq, köçün davam etməsi halında, yeni gələnlərlə birlikdə bu seqmentə etnik mədəniyyət axışı sürməkdədir. [8] Beləcə davam edən köç, əslində etnikliyi bəsləyən bir həyat qaynağı olmaqdadır.

Bölmə: Məqalə | Baxılıb: 2306 | Müəllif: vatanbaku | Teqlər: etniklik, etnik, nədir, etnos | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2019Free web hostinguCoz