Cümə axşamı, 2024-03-28, 20:22
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2015 » Fevral » 5 » Marlon Brandonun Amerikanın yerliləri haqqında məktubu
Bookmark and Share
Marlon Brandonun Amerikanın yerliləri haqqında məktubu
13:54

Saçen Litlfeyzer (Sacheen Littlefeather)

 1973-cü ildə Marlon Brando ona verilən “Oskar” mükafatından imtina etdi. Hinduların qətliamını gündəmə gətirmək və bunu dünya mətbuatında işıqlandırmaq məqsədilə Marlon Brando mükafatlandırma mərasiminə getmədi. Yerinə isə mükafatdan imtina etməsi və aktyorun nitqini səsləndirməsi üçün hindu bir xanımı – Saçen Litlfeyzeri (Sacheen Littlefeather) yolladı. Xanım Saçen aktyorun ona verdiyi yazılı nitqi əvvəldən sonadək səsləndirə bilmədi. Mükafatlandırma mərasimində olan mühafizəçilər tərəfindən nitqi yarımçıq saxlanıldı. Amma Saçen qısaca öz fikrini ifadə etməyə müvəffəq oldu. Sonradan aktyor hindu xanımla bağlı belə bir açıqlama verir: “Amma yenə də böyük çətinliklərə baxmayaraq, Saçen hindular adından bir-iki söz deməyi bacardı. Bu şücaətinə görə onunla qürur duyuram. Mənə verilməli olan “Oskar”a nə oldu, bilmirəm. Film Akademiyası, bəlkə də, onu mənə yollayıb, amma elə olsa belə, harda olduğu haqda heç bir fikrim yoxdur”.

Sözügedən hindu xanım Brandonun ona yazdığı nitqi oxumaq istəyərkən yalnız bu cümlələri səsləndirməyə müvəffəq ola bilmişdi: “Marlon Brando... məndən bir məsələ haqqında uzun bir nitq danışmağımı istədi. Ancaq zaman darlığı ucbatından mən əlimdə olan məktubun tamını sizlərə oxuya bilməyəcəm, ümumi məzmununu sizlərə oxuyacam. Böyük üzüntü ilə bildirmək istəyirəm ki, Marlon Brando “Oskar” mükafatından imtina edir. Bunun səbəbi, bu günlərdə film sənayesinin .... üzr istəyirəm .... və televiziyalarda göstərilən filmlərdə, Amerika yerlilərinə qarşı törədilən qətliamlardır. “Yaralı diz qətliamı” bir daha hindulara qarşı olan münasibəti göstərdi. Bu axşam aranızda olmadığım üçün sizlərdən üzr istəyirəm, ürəklərimiz və fikirlərimiz hər zaman xoş hisslərlə birləşəcəkdir... Marlon Brandonun adından sizlərə təşəkkür edirəm”.

 

Sözügedən hadisədən sonra Marlon Brando “Oskar” nitqini məktub formasında mətbu orqanlarda çapa verir.

Kult.az tərəfindən tərcümə edilmiş məktubun tam mətni :

“200 il boyunca torpağı, yaşamı, ailəsi və azadlığı uğrunda mübarizə aparan Yerli xalqa belə dedik: Endir silahlarını, gəl birlikdə yaşayaq. Əgər silahını endirsən, sülhdən danışarıq, sənin xeyrinə bir yola gələrik...”

Silahlarını endirdiklərində isə biz onları qətlə yetirdik. Onlara yalan danışdıq. Onları öz doğma torpaqlarından qova bilmək üçün aldatdıq. Onları ac və susuz qoyduq ki, heç vaxt anlamayacaqları kağızları imzalasınlar. Onları öz qitələrində dilənçiyə döndərdik. Və tarixi necə şərh edirsinizsə, edin, nə qədər dəyişdirirsinizsə, dəyişdirin biz düzgün etmədik. Nə dürüst davrandıq, nə də ədalətli. Onlara nə hüquqlarını geri vermək məcburiyyətində idik, nə də aramızdakı müqaviləyə sadiq qalmaq... Çünki gücümüzün üstünlüyü bizə digərlərinin haqlarına hücum etmə, mallarını mənimsəmə, həyatlarını və azadlıqlarını qorumağa çalışarkən canlarını əllərindən alma şansı verirdi. Onların fəziləti bir cinayətə çevrilərkən, bizim əxlaqsızlığımız fəzilətə çevrildi.

Amma bu azğınlığın toxuna bilməyəcəyi bir şey var – tarixin hökmü. Sizi əmin edirəm ki, tarix bizi mühakimə edəcək. Amma vecimizədirmi? Bu necə bir əxlaqi şizofreniyadır ki, bütün dünyanın eşitməsi üçün baş verən ədalətsizlik və haqsızlıqları ciyərlərimiz partlayanacan yüksək bir səslə bağıra bilirik, amma tarixin bütün səhifələrini görə bilən bizlər Amerika yerlilərinin son yüz il boyunca çəkdiyi zülmü və dəhşəti görə bilmirik.

Görülən odur ki, bizim ölkədə “qonşunu sev” prinsipi və bu prinsipə hörmət artıq işlək hesab olunmur. Və bizim əlimizdən gələn tək şey dost da olsa, düşmən də olsa, yeni doğan ölkələrin ümidlərini məhv edəcək şəkildə onlara bizim humanist, insansevər olmadığımızı və verdiyimiz sözlərə əməl etmədiyimizi göstərmək oldu...

 

Bəlkə də, indi özü-özünüzə “Hə, indi bunun Akademiya mükafatı ilə nə dəxli var axı?” – deyirsiniz. “Bu qadın burda nə gəzir? Həm gecəmizi məhv etdi, həm də bizi maraqlandırmayan mövzularla zəhləmizi tökür. Zamanımızı və pulumuzu aldığı bəs deyil, bir də evlərimizə girir”.

Zənnimcə, bu soruşulmamış sualların cavabı film dünyasında da, ən azı, digər sahələrdə olduğu kimi yerliləri alçaltmaqla, onlara vəhşi damğası vurmaqla, onları bizə düşmən, mənfi obrazlarla göstərməklə, onları dolamaqla az iş görməyib. Bu dünya uşaqların böyüməsi üçün onsuz da, kifayət qədər mürəkkəbdir. Uşaqlar televizor izləyəndə filmə də baxır. Və televizorda o, öz nəslini üzərinə atılmış süni ləkələrlə, böhtanlarla görəndə onun şüurun necə zədələndiyini təsəvvür etməyiniz mümkün deyil.

Bu yaxınlarda məsələni həlli yoluna qoya bilmək üçün bir neçə səndələyən addım atıldı. Ancaq çox az və çox axsaq... Bu sənətin bir hissəsi və bir ABŞ vətəndaşı olaraq bu gecə bu mükafatı qəbul etmək içimdən gəlmir. Düşünürəm ki, bu ölkədə hal-hazırda mükafat almaq, ya da vermək, Amerika yerlilərinin vəziyyəti yaxşılaşdırılacağı vaxta qədər düzgün deyil. Əgər qardaşımızın məsuliyyətini daşıya bilmiriksə, ən azından, cəlladı olmayaq. Bu gecə birbaşa sizinlə danışa bilərdim, amma “Yaralı dizə” gedib bir sülhün yaranması üçün çaylar axdıqca və otlar böyüdükcə gözləyərək, insanlığa daha faydalı ola biləcəyimi düşünürəm.

Ümid edirəm ki, məktubumu dinləyənlər bunu kobudluq kimi qiymətləndirməzlər.

Xanım Litlfeyzerə göstərdiyi incəlik və nəzakət üçün təşəkkür edirəm. Hamınıza minnətdaram...”

Marlon Brando

 

Mənbə: kult.az

Bölmə: Məqalə | Baxılıb: 916 | Müəllif: vatanbaku | Teqlər: hindu indu indus indos indul yerli | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Fevral 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz