Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olub. Orta məktəbi bitrdikdən sonra Bakı piyada qoşunları məktəbinə daxil olub.
1942-ci ildən müharibənin sonuna kimi cəbhədə vuruşub. Vzvod və Cərimələnənlər batalyonunun komandiri olub.
18 yaşından vuruşan Bunyadov iki dəfə yaralanıb və kontuziya alıb. 1945-ci ildə 27 fevral tarixində göstərdiyi şücaətlərə görə ona "Sovet İttifaqı Qəhrəmanı" fəxri adı verilir. Müharibədən sonra Ziya Bünyadov Moskvada şərqşünaslıq fakültəsini bitirir.
1954-cü ildə isə namizədlik dissertasiyasını müdafiə edib. Bundan sonra ona Moskva ya da Sankt-Peterburqda qalıb işləmək təklif olunur o isə "mən Azərbaycanlıyam ancaq Bakıda işləyib yaşayacağam"- deyir.
Ziya Bunyadov Bakı Dövlət Universitetində müəllim kimi dərs deməkdən başlayaraq sonda Milli Elmlər Akademiyasının vitse prezidenti və akademiyanın həqiqi üzvü pilləsinə qalxır. Indiki şərqşunaslıq institutu da onun adını daşıyır.
Eyni zamanda 1970-ci ildən "Azərbaycan EA-nın Xəbərləri" jurnalının tarix, fəlsəfə və hüquq seriyasının baş redaktoru olmuşdur. 1958-59-cu illərdə ADU-da dərs demişdir.
Bünyadov 250-dən artıq əsər çap etdirmişdir. 1980-ci ildə O, Dövlət mükafatına layiq görülür.
Daha çox şöhrət tapmış monoqrafiyaları - "Azərbaycan VII-IX əsrlərdə", "Azərbaycan Atabəylər dövləti" (1136-1225) "Qafqaz Albaniyası tarixindən", "Xəzər dənizi ərəb məxəzlərində", "Torpaq mülkiyyəti vergilərinin növləri: Vergilər və Xarəzmşahların vergi yığımı" (1097-1203) və s. elmi əsərlərin müəllifidir.
Ziya Bünyadov həm də Şərq dillərinin bilicisi kimi gözəl tərcüməçi idi.
Z. Bünyadovun əsərləri Fransada, İraqda, Rusiyada, Türkiyədə və dünyanın bir sıra başqa ölkələrində nəşr olunmuşdur. O, dünyanın bir sıra alimlərinin əsərlərini ingilis, ərəb, rus və türk dillərindən tərcümə etmişdir.
O, professor Vasim Məmmədəliyevlə birgə "Quran"nı Azərbaycan dilinə tərcümə etmişdir.
Ziya Bünyadov Qırmızı Bayraq, Aleksandır Nevski, 2-ci dərəcəli vətən müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilmişdir.
21 fevral 1997-ci ildə Ziya Bünyadov yaşadığı evin qarşısında qətlə yetirilmişdir.