Çərşənbə, 2018-11-14, 04:10
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [21]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 247
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Avqust » 11 » Əhməd Cavad haqqında
Bookmark and Share
Əhməd Cavad haqqında
23:17
əhməd cavad

Sən susmadın.

Sən əzildin amma susmadın.

Səni əzdilər amma əyə bilmədilər.

Səni ölüm qorxudmadı.

Səni bu həyatda məğlub edən qüvvə olmadı.

Əksinə bütün qüvvələr sənin ölümün qarşısında əyildi,alçaldı

Sən bütün cahana ölümün şəxsiyyət qarşısında acizliyini göstərdin.

Sən bütün TÜRKlərin mərd şairi oldun.

Sən bütün TÜRKlərin ürəyində bir hissə oldun.

Sən bütün TÜRKlərə,TÜRKlüyün necə bir zirvə olduğunu göstərdin.

Sən bizlərə necə yaşamaq lazım olduğunu göstərdin.

Sən bizlərə nəyin uğrunda ölmək lazım olduğunu göstərdin.

Sən buna inandın,sən belə oldun.

Biz səni unutmadıq,unutmayacağıq!

 

Imza:vatanbaku




 


Axundzadə Cavad Məhəmmədəli oğlu (1892 - 1937) – şair, tərcüməçi, 1934-cü ildən AYB-nın üzvü, professor (1933). 1892-ci il mayın 5-də Azərbaycanın Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), «Azərbaycanfilm» studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.


Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şerlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şerlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O, Könüllü əsgər kimi köməyə getmiş, Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.


Birinci dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir.


«Şeirlər» (1958), «Sən ağlama, mən ağlaram» (1991) kitablarının, F.Rablenin «Qarqantua və Pantaqruel (1961), V.Şekspirin «Otello», «Romeo və Cülyetta» (1962), S.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» (1978) tərcümə kitablarının müəllifi olmuşdur. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

 


Mən Türk övladıyam 


Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,

Sevinç bilməz bir məxluqam, ahu-zardır sirdaşım.

Damğa vurub, zəncirləyib tullamışlar zindana,

Qarlı-buzlu cəhənnəmler məskən olmuşdur mana.


Mana dinmə, sus deyirsən, ne vaxtacan susacam,

Böhranların, hicranların, məhbəsində qalacam?

Niyə susum, danışmayım, insanlıqda payım var,

Mənim ana vətənimdir talan olan bu diyar.


Niyə susum, danışmayım, Türk yurdudur bu topraq,

Oğuzların, elxanların vətənində kimdir, bax!

Bu dünyada azadlığı şan şöhrəttən üstün tut,

Alçaqlığı, yaltaqlığı rəzilliyi sən unut!


Necə susum, danışmayım, mən eyləyim xəyanət?

Hanı sevgi, hanı vətən, de harda qaldı millət?

Men bir qulam, yerim altun, suyum gümüş, özüm ac,

Atam mahkum, anam sail, əlim hər şeyə möhtac.


Mən Türk övladıyam, dərin ağlım, zəkam var,

Ne vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,

Zülmə qarşı isyankaram, əzilsəm de susmaram!


  Əhməd Cavad


 


Azerbaycan bayrağına




Türküstan yelleri öpüb alnını

Söyleyir derdini sana,Bayrağım!

Üç rengin eksini Quzğun denizden

Ermeğan yollasın sana,Bayrağım!


Gederken Turana çıxdın qarşıma,

Kölgen Dövlet quşu qondu başıma.

İzn ver gözümden axan yaşıma-

Dinletsin derdini sana,Bayrağım!


Qayı xan soyundan aldığın rengi

Qucamış Elxanla müselman beyi.

Elxanın övladı-dinin diregi.

Getirdin könlüme sef,Barağım!


Köksümde tufanlar geldim ireli,

Öpüm kölgen düşen müqeddes yeri.

Allahın yıldızı-o gözel peri

Sığınmış qoynunda Aya,Bayrağım!!!

   

  Əhməd Cavad 





Bölmə: Şəxsiyyətlər | Baxılıb: 11799 | Müəllif: vatanbaku | Teqlər: cavad, əhməd, haqqında | Reytinq: 4.0/3 |
şərhlər: 8
0  
8 gunay   (2014-10-03 18:01)
basqa melumat yoxdur? mene lazimdir ehmed cavad haqqinda melumat cox

+1  
7 Nermin   (2013-11-03 17:47)
cox beyenirem eserlerini,seirlerini. Cox teessuf ki Bu deyerli wair represiya qurbani oldu . Allah Rehmet elesin .

+1  
6 leka   (2013-10-20 20:41)
allah rehmet eylesin ona

+1  
4 NiGaRrRrRrRr...   (2012-11-27 15:12)
Menim en cox serlerini oxuduqum sairdir ve cox beyeniremde.Allah rehmet elesin!Ruhu sad olsun.

0  
5 vatanbaku   (2012-12-20 10:55)
Amin

+1   Spam
2 sahib şamaxıdan   (2010-10-20 22:13)
ALLAH ƏHMƏD CAVADA MİN RƏHMƏT ETSİN.
RUHU ŞAD OLSUN.
ALLAH VƏTƏN YOLUNDA ÖLMÜŞ BÜTÜN TÜRK ŞƏHİDLƏRİNƏ RƏHMƏT ELƏSİN.AMİN...
ƏHMƏD CAVADIN ƏN XOŞUMA GƏLƏN,TƏSİREDİCİ ŞERİ ÇANAQQALA MÜHARİBƏSİNƏ GEDƏNDƏ
GETDİM GÖRDÜM ŞERİDİR.

0   Spam
3 vatanbaku   (2010-10-23 14:03)
Amin

+1   Spam
1 Sevinc Ədalətqızı   (2009-11-14 22:03)
Allah Əhməd Cavada rəhmət eləsin! Ruhu şad olsun! O, nəinki Azərbaycanın hətta bütün türk dünyasının fəxridir.
Cavab: Eynən Sevinc xanım. Təşəkkür edirəm şərhiniz üçün

Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2018Free web hostinguCoz