Cümə, 2024-03-29, 12:13
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2012 » Aprel » 23 » BƏKİR ÇOBANZADƏ
Bookmark and Share
BƏKİR ÇOBANZADƏ
23:05

Bekir Cobanzade

Bəkir Çobanzadə



Doğum tarixi: 15 may, 1893
Doğum yeri: Qarasubazar, Simferopol, Krım
Vəfatı: 13 oktyabr, 1938

Vəfat yeri: Bakı



Çobanzadə Bəkir Vahab oğlu (krımtatarca Bekir Vaap oğlu Çoban-zade) — ədəbiyyatşünas, şair, dilşünas, mətnşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1920), professor (1922).Mündəricat [göstər]


Həyatı

Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi - "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908-1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir. Budapeştdə türk dilində çıxan "Şərq" qəzetinin redaktoru olmuşdur (1919). "Krım", "Göy kitab" (İstanbul) məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilmişdir (1918-1919). Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirmişdir. Sonralar "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cavbək", "Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunmuşdur.

Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olmuş (1920-1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışmışdır. Krım universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Eyni zamanda Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirmişdir. Krım universitetinin rektoru olmuşdur. S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparmış, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamışdır. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur (1928). Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır (1924-1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilmişdir. Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi maraq dairəsinə vüsət vermişdir. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuşdur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qramerin əsasları" (1932) kitablarını şərikli tərtib etmişdir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuşdur. İlk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır (1971).

Həddən artıq genişsahəli biliklərə malik, həqiqətən də fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə kimi 1937-ci ilin yanvar ayının 28-də alınır. Həmin gün Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. 1938-ci il, oktyabrın 13-də hökm icra olunur.

Bəkir Çobanzadənin dəfn yeri məlum deyildir.

Əsərləri
Türk dili və ədəbiyyatının tədrisi üsulu. Bakı: Azərnəşr, 1926, 264 səh.
Türk qrameri. Bakı: Azərnəşr, 1930, 202 səh. (şərikli).
Türk ədəbiyyatı (əski türk ədəbiyyatının xülasələri). Bakı: 1929, 81 səh.
Türk ədəbiyyatı (xalq ədəbiyyatı xülasələri). Bakı: 1929, 51 səh.
Qumık dili və ədəbiyyatı tədqiqləri. Bakı: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatı, 1926, 105 səh.
Türk dili (birinci kurs). Bakı: Azərnəşr, 1929, 219 səh.
Türk dili və ədəbiyyatının tədris üsulu. I hissə. Bakı: Azərnəşr, 1926, 264 səh.
Türk dili və ədəbiyyatının tədris üsulu. II hissə. Bakı: Azərnəşr, 1927, 218 səh.
Türk dili sərflərinin ümumi qüsurları. Bakı: 1925, 34 səh.
Türk-tatar dialektolojisi. Bakı: Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatı, 1927, 135 səh.
Türk-tatar lisaniyyatına mədxəl. Bakı: Azərnəşr, 1924, 213 səh.
Krım-tatar ədəbiyyatında qurultayçılıq və millətçilik. Bakı: Azərbaycan-Elmi Tədqiqat İnstitutunun nəşriyyatı, 1929, 33 səh.
Azəri ədəbiyyatının yeni dövrü, nasionalizmdən inter-nasionalizmə. Bakı: Azərbaycan-Elmi Tədqiqat İnstitutunun nəşriyyatı, 1930, 65 səh.
Bölmə: Şəxsiyyətlər | Baxılıb: 1264 | Müəllif: vatanbaku | Teqlər: Bəkir Çobanzadə bekir chobanzade co | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Aprel 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz