
Cəlil Məmmədquluzadə– bənzərsiz nasir, qüdrətlidramaturq, vətəndaşpublisist,azərbaycançılıqideologiyasının yaradıcılarındanbiri, Azərbaycanədəbiyyatında“MollaNəsrəddin” ədəbi məktəbinin,tənqidi realizmin banisi kimi geniş şöhrətqazanmış ictimai xadimdir. Mirzə Cəlil Məmmədquluzadə1869-cu il fevralın22-də AzərbaycanınNaxçıvan şəhərində anadan olmuşdur.Daha sonra Naxçıvanşəhər üçsinifli məktəbindəaldığı ibtidai təhsil Cəlil Məmmədquluzadə üçün“işıqlı aləmə ilk addım”olmuşdur. Qori Müəllimlər Seminariyasında keçən təhsil illərində (1882-1887) dövrünün adlı-sanlı pedaqoqlarından dərs almış, onların ədəbi-maarifçi, pedaqoji-metodiki görüşlərindən faydalanmışdır.O, 1887-1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı və Baş Noraşen kənd ibtidai məktəblərində müəllimlik etmişdir. Bədii yaradıcılığa Baş Noraşendə ikən başlayan Cəlil Məmmədquluzadə 1889-cu ildə ilk qələm təcrübəsi olan “Çay dəstgahı” alleqorik dramını yazmışdır. Bədii yaradıcılıq işini davam etdirən gənc yazıçı müəllimlik həyatının Nehrəm dövründə “Kişmiş oyunu” (1892), “Danabaş kəndinin əhvalatları” povestini (1894) və bir sıra hekayələri qələmə almış, müasirləri arasında yeni tipli yazıçı kimi tanınmağa başlamışdır. “Molla Nəsrəddin” jurnalı Cəlil Məmmədquluzadənin şah əsəridir. Birinci sayı 1906-cı il aprelin 7-də Tiflis şəhərində nəşr olunan bu məşhur jurnal, Azərbaycanın milli oyanışı və dirçəlişində mühüm rol oynamışdır. Ədibin teatr və dramaturgiya sahəsində fəaliyyəti də məhsuldar olmuş, xüsusən, “Ölülər” komediyasının yazıl- ması (1909) və Bakıda uğurla tamaşaya qoyulması (1916) ədəbi şöhrətini artırmışdır. “Kamança” (1920) və “Anamın kitabı” (1921) pyesləri ilə 48 o, Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir. Qüdrətli yazıçının “Usta Zeynal” (1905), “İranda hürriyyət” (1906), “Qurbanəli bəy” (1906), “Quzu” (1914) və başqa əsərləri onu hekayə janrının böyük ustadı kimi tanıtmışdır. Ədibin son dram əsərləri əsasən sovet cəmiyyətindəki çaşqınlıq və sərt ideologiyalaşdırma siyasətinin bədii dərkinə və tənqidinə həsr olunmuşdur. Beləliklə, Azərbaycan ədəbiyyatı tarixinə böyük demokrat ədib, milli yazıçı kimi daxil olmuş Cəlil Məmmədquluzadə 1932-ci il yanvarın 4-də Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. C.Məmmədquluzadə ədəbi və ictimai həyatda Azərbaycanın milli oyanışı, dirçəlişi və müstəqilliyi uğrunda mübarizənin möhkəm bünövrəsini yaratmışdır. Onun bədii-publisist əsərləri azərbaycanda milli və müstəqil dövlət quruculuğuna, mənəvi özünüdərk prosesinə uğurla xidmət edir. Ədəbiyyat Seçilmiş əsərləri /tərt. edəni, müqəddimə və izahların müəl.: İsa Həbibbəyli.- B.: Çinar-çap, 2003.- 463 s. Danabaş kəndinin əhvalatları.- B.: Atatürk kitab nəşriyyatı, 2005.- 128 s. Konsulun arvadı: Hekayələr.- B., 2003.-185 s. Cəlil Məmmədquluzadə: Biblioqrafiya /tərt. edəni İsa Həbibbəyli.- B.: Elm, 2005.- 156 s. Əzimli, Əbülfət (Tahiroğlu): Mirzə Cəlil realizmi.- Naxçıvan: Əcəmi nəşriyyatı, 2006.- 94 s. Həbibbəyli, İ. Cəlil Məmmədquluzadə.- B.: Çinarçap, 2002.- 57 s. Məmmədov, A. Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq.- B., 2003, 195 s. Rus dilində Рассказы. Фельетоны.Повести. Пьесы: /пере-вод с азерб. А.Шарифа, Ч.Гусейнова; вступ. С. А. Шарифа.-Б.: Азер-нешр, 1989.- 406 с. Молла Насреддин /сост. и авт. предисл. М.Г. Тахмасиб; перевод Ю. Гранина.- Б.: Язычы, 1984.- 327 с. Сборище сумашедших: Повесть /перевод с азерб. Т.Канякиной.- М.: Худож. лит., 1989.- 349 с. mənbə:anl.az
|