Şənbə, 2024-04-27, 04:25
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Oktyabr » 28 » Famil Mehdi “Dilən professor utanma dilən”
Bookmark and Share
Famil Mehdi “Dilən professor utanma dilən”
16:13
dilənçi

Dilən, professor, utanma, dilən

Dilən, professor, utanma, dilən,

Dillən, professor, utanma, dillən...,

Səslə, hər keçəndən sədəqə istə,

Qaçandan, köçəndən sədəqə istə,

Fərqi yox,Bakıdan, Ağdamdan olsun,

Təki hər tükündən yağ daman olsun,

Səninçün nə fərqi: yaxşı, yaman kim.

Bir də qanmayan kim, bir də qanan kim.

Məslək dəyişənmi,ev dəyişənmi,

Qızıl axtarnmı,ya goreşənmi,

İnsanmı,heyvanmı-satandı,gedir,

İt-qurd kölgəsində yatandı, gedir,

Dünyanın ən qəlbli,ən safı olsun,

Təki ürəyinin insafı olsun.

Hanı o qırmızı diplomlar ,hanı?

Nəyinə gərəkdir torbada qala,

Çıxar hamısını cır,at,tapdala.

Yandır cild-cild, yansın əl yazın,

Sən kimə gərəksən,o kimə lazım?

O fəxri fərmanlar,

Təşəkkürləri yandır,

Dünya aldanan yox,aldadandır.

Dilən, professor, utanma, dilən

Dillən, professor, utanma, dillən,

Qoy sənin yerinə zaman utansın,

Səni bu günlərə salan utansın,

Qırılan ağac yox,tufan utansın,

Vurulan turac yox, vuran utansın.

"Millət can üstədir,qardaşlar ,qalxın!”

Nəyinə gərəkdir kimin səsidir?

Arxasız millətin, yiyəsiz xalqın,

Alimi, şairi dilənəsidir,

Ayranını süddən, şorunu yağdan,

Bəhməzini baldan matah tutanın,

Gözəllik, qəşəylik yarışlarında,

Keçini maraldan matah tutanın,

Sərçəni qartaldan ayırmayanın

Çiçəyi qanqaldan ayırmayanın

Alimi neyləsin, bəs dilənməsin

Necə bu kök üstə bəstələnməsin?

Yox, zaman ödəməz bu ödənişi,

Varmı başqa əlac, əl aç, dilən ki,

Qınama, nə deyir gör ötən kişi:

"Səndə dilənçisən,məndə dilənçi.

Mən gizli dilənən, sən açıq-aşkar,

Sabah gizlinlərdə aşkarlanarlar,

Beləmi tikmişdi haqq evi tikən,

Haqqın da belinə çopdən dirəkmiş.

Günəşin özüdə ləkəli ikən

Bizdə bu təmizlik nəyə gərəkmiş?!”

Dilən, professor, utanma, dilən

Dillən, professor, utanma, dillən.

Eynəkdən gözlərin gizlənə bilər,

Köynəkdən yüz dərdin gizlənə bilər.

Bəlkə dilənməyin izlənə bilər.

Çıxart eynəyini,aç gözlərini,

Yaxşı gör zamanın acgözlərini.

Vicdan karladını, qəlb lalarını,

Vəzifə, var-dövlət dəllalarını.

Qoy görsün sənidə ağız busanlar,

Söz qalaylayanlar, körük basanlar,

"Millət”, "Millət” deyib köpük qusanlar.

Ancaq bir tələbən çalış görməsin,

İnamla, ümüdlə qarşı durmasın,

Dünyada rəngləri qarışdırmasın.

Bir də ki, hər dəfə qomarlayanlar,

Öpüb bığlarını tumarlayanlar,

Nəvələr görməsin diləndiyini,

Tale xırmanında döyüldüyünü,

Ömrün ələyində əlandiyini.

Dilən, professor, utanma, dilən

Dillən, professor, utanma, dilən...

 

Famil Mehd


Bölmə: Şeir | Baxılıb: 2666 | Müəllif: vatanbaku | Teqlər: Mehdi, Famil, Dilən professor utanma | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz