
Hülagü Xan
Hülagu Xan (d. 1217 - ö. 8 Fevral, 1265), İlhanlı İmperatorluğunun
qurucusudur. Çingiz Xanın nəvəsi, və digər Moğol Böyük Xanlarından
Möngke Xan və Kubilay Xanın da qardaşıdır. İranda hökm sürən İlhanlılar
Dövlətinin qurucusudur. Bağdadı alaraq Abbasi Xəlifəliyini yıxmış olan
məşhur Türk-Moğol sərdar və hökmdarıdır.
Böyük qardaşı Mengü Xandan aldığı vəzifələr bunlar idi ; cənub-şərq
İran xalqlarından olan Lurları hakimiyyət altına almaq, Xaşxaşı
təriqətini ortadan qaldırmaq, Abbasi Xəlifəliyini yıxmaq, Eyyubi və
Suriya torpaqlarının zəbti və son olaraq da Misirdəki Memlük Dövlətini
yıxmaq idi.

Əvvəl Lurlar asanca həll edildi. Sonra Xaşxaşıları ortadan qaldırdı və çatılması çox çətin olan Alamut Qalasını zəbt etdi.
Daha sonra Bağdadı əhatə etdi, zəbt etdi və Xəlifə Müstəsım daxil 200
min ərəbi öldürdü və zamanında Türklərə qırğın edən Kuteybə Min Müslim
deyilən əməvi itindən və ərəblərdən intiqamımızı aldı. Bəzi qaynaqlar
buna 800 000 min adam deyir.
Hülagu Xan xəlifədən təslim olmasını istədiyində, Xəlifə Müstəsım, əgər
ona hücum etsə Allahın qəzəbinə uğrayacağını söyləyərək təslim olmağı
rədd etdi. Xəlifə əslində, ən etməməsi lazım olanları etmişdi; Hülagünü
hirsləndirmişdi, bu da Hülagünün əhatə etmə üçün axtardığı bəhanə idi.
Moğollar Dəclə Çayındakı setləri yıxaraq Abbasi ordusunu tələyə
saldılar, əsgərlərin haradasa hamısı qılıncdan keçirildi ya da boğuldu.
Daha sonra şəhər əhatə edildi və bir neçə gün içində də şəhəri
əhatələyən surların hamısı Türk-Moğol ordusunun idarəsinə girdi.
Xəlifə tutuldu və öldürülmədən əvvəl xalqının qətl edilməsi və
şəhərinin talan edilməsi izlədildi. Xəlifə keçəyə sarılıb atlar
tərəfindən tapdaladılmışdı. Bir oğulu xaric bütün oğulları da öldürüldü.
Tarixçilər Hulaguya çox qan tökmüş bir hökmdar olaraq baxarlar. Belə
olmaqla birlikdə o, bir dövlətin qurucusu idi. Elmə və sənətə qarşı da
böyük hörməti vardı.
Hulagu, sarayına alimləri toplar və onları qoruyardı. Məlumata marağı
vardı. Özü astronomiya və kimya ilə məşğul olardı. Meragedə bir
rəsədxana tikdirdi. Alimləri yığaraq elm akademiyaları qurdu. Aladağda
saraylar, Xoy da məscidlər tikdirdi. Təbriz şəhəri onun dövründə bir
elm mərkəzi oldu. Bizansdan oraya kosmoqrafiya və digər elmləri
öyrənmək üçün şagirdlər gəlirdi.
Hülagü Xan 1265-ci ildə öldü və atı və nökərləri qurban edilərək onunla
birlikdə basdırıldı. Cənazəsi şamanist ənənələrinə görə edilən son
hökmdardır. Məzarı Urmiya Gölündəki bir adadadır.
|