Cümə, 2024-04-26, 08:18
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2014 » Mart » 27 » Məhmət Akif Ərsoy (Getmə ey yolçu)
Bookmark and Share
Məhmət Akif Ərsoy (Getmə ey yolçu)
13:56

 

   

        İl 1913 ... Məhmət Akif Antəpdədir . Rusların və ingilislərin təşviqi ilə şəbəkələr quran ermənilər şərqdə Türk kəndlərini basaraq alçaqca qırğınlar etməkdədir. Gənc qızlara təcavüz edirlər , yaşlıları və kişiləri məscidlərə doldurub yandırırlar , Beşikdəki körpələri belə qılıncdan keçirirdilər. Xəbərlər gün bə gün Antəpə də çatmaqdaydı . Bu xəbərlər üzərinə Akif qələmini əlinə alar və qışqırar kağıza böyük bir millətin fəryadını , duyğularını . Səsini bəlkə də tam 1 əsr sonrasına , bizlərə eşitdirə bilmək üçün idi bu hayqırışları .... İndi hamılıqla Akifə qulaq verək:

 
Getmə ey yolçu , birlikdə oturub ağlaşalım ,
Ələmim bir ürəyin karı deyil , paylaşalım ,
Nə edib yə'simi qəhreyliyəyim , bilməm ki?
Elə dəhşətli muhitimdə dönən matəm ki! ...
Ah! Qarşımda vətən naminə bir qəbristan
Yatır indi ... Necə yerlərə girməz insan?
Bu məzarlar ki uzanmış gedir , ey yolçu ,
Haradan başladı yüksəlməyə , bax , harda ucu !
Bu nə hicran-ı əbədi , bu nə hüsran-ı mübin ...
Əzilir ruh-i səma , parçalanar qəlb-i zəmin !
Azca qurcala torpaqları , seyret nə çıxar :
Qundaq altında əzilmiş , Paralanmış qafalar !
Bərədən rəng-i hüviyyətləri uçmuş üzlər !
Kim bilir hansı şənaatlə oyulmuş gözlər!
" Mədəniyyət " deyilən vəhşiliyə lənətlər edər ,
Necə yekparə kəsilmiş də sırıtmış dişlər !
Süngülənmiş , qanı donmuş neçə minlərlə bədən!
Neçə başlar , neçə qollar ki cüda cisimindən !
Beşiyindən alınıb parçalanan məxluqat ;
Sonra , namusuna qurban edilən bunca həyat!
Dümağ saçları qətranlara batmış dədələr !
Köksü baltayla qırılmış Məməsiz Validələr !
Təki minlərlə kəsik gövdəyə aid kümələr :
Saç , qulaq , əl , çənə , barmaq ... Bütün ənkaaz-ı bəşər!
Baxalım , yavrusu uğrayarmı , deyib , qarınından ,
Canavarlar kimi şişlərdə qızarmış neçə can!
İşdə bunlar o fəlakətzədələr ki , düşün ,
Qurumuş ot kimi doğrandı bıçaqlarla bütün !
Müsəlmanlıqları biçarələrin öylə böyük
Bir cinayət ki : Cəzalar ona nisbətlə küçük !
Ey , bu torpaqda bir nə'şı pərişan buraxıb ,
Yüksələn , mevkib-i ərvah ! Əsla , ərzə baxıb;
Sanmayın : Şövq-i şəhadətlə coşan bir qan var ...
Bizdə leşdən daha hissiz , daha qoxumuş can var!
Baxmayın , həm tüpürün çöhrə-i murdarımıza !
Tüpürün : Bəlkə bir az duyğu gələr arımıza !

Tüpürün cəbhəyi laqeydliyinə Şərqin , tüpürün ! 
Tədirginləşsin , görək , səyi xalqın , tüpürün !
Tüpürün milləti alçaqca vuran zərbələrə !
Tüpürün onlara alqış dağıdan qəhbələrə !
Tüpürün Əhli Səlib'in o həyasız üzünə !
Tüpürün onların əsla güvənilməz sözünə !
Mədəniyyət deyilən məsxərə məxluqu görün :
Tüpürün maskalı vicdanına əsrin , tüpürün !
Hələ elanı zamanında bu lənətlənmiş hərbin ,
"Bizə efkar-ı umumiyəsi lazım Gərbin ;
O da Allahı buraxmaqla olar " hərzəsini ,
Xalqa iman kimi təlqin ilə , dinin səsini
Susduran axmağın idrakına bol bol tüpürün !
Yenə hicran ilə çılğınlığım üstümdə bu gün ...
Mənə vəhdət kimi bir yar-ı müsaid lazım!
Artıq ey yolçu burax ... Mən , yalınız ağlıyayım !

 

 

mənbə:serkanemreelci.blogcu.com 

Bölmə: Şeir | Baxılıb: 1842 | Müəllif: vatanbaku | Teqlər: getmə ey yolçu gitme ey yolçu mehme | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Mart 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz