Çərşənbə axşamı, 2024-04-23, 14:12
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2010 » Dekabr » 24 » Paradoks
Bookmark and Share
Paradoks
17:15

paradoks 

Minlərlə illik keçmişi olan paradokslar, insanları hər zaman düşündürmüşdür. Əslində doğru kimi görünən bir mülahizə və ya fikir, tamamilə səhv olaraq çıxar qarşımıza. Tam tərsi də mümkündür; illərcə səhv zənn etdiyimiz hadisələrin, fikirlərin, hesablamaların, doğru olduğunu görmək, bizi qarışıqlığa və heyrətə salar. İrəlidə bolca misal verəcəyimiz paradoksların, bir neçə tərifini çatdıraq:

'Çox məntiqsiz görünən, əslində çox məntiqli bir söz'

'İki doğrunun və ya səhvin ziddiyyəti'

'Mücərrəd mühakimənin sona çatdığı təzad'

'Kağız-qələm və ya məntiq illuziyası' (Yəqin ən gözəl tərif bu!)

Paradokslar maraqlıdır, əyləncəlidir, təlimçidir, çaşdırıcıdır, zehini açar...

Tarixdə bilinən ilk paradoks nümunələrini Epimenides vermişdir. Giritli olan Epimenides: -'Bütün giritlilər yalançıdır!' deyərək bizi ziddiyyətə aparır. Belə ki : Əgər həqiqətən giritlilər yalançı isə, özü də giritli olduğuna görə, o da yalançıdır. Yəni söylədikləri yalandır(məsələn yuxarıdakı cümləsi).

Bu cümlə yalan olduğuna görə doğrusu bu olmalı:

-'Bütün giritlilər doğruçudur, doğru söyləyər.'

O halda söylədiyi doğrudur. Yəni 'bütün giritlilər yalançıdır......'

Nümunələr :

'Bu cümləni oxumayın!'

Yuxarıdakı cümləni oxuduğunuza görə paradoksa uğramış oldunuz.

' Türkcə bir kəlimə də bilmirəm!'

- Məni eşidə bilirsənmi?

- Xeyr. Səsin gəlmir (!)

- Nə üçün hər sualıma sual ilə cavab verirsən?

- Nə üçün verməyim ki !?

Məmləkətimizdə bəzi yer adları, özü ilə ziddiyyət təşkil edir:

Bakırköy: Adı "kənd" olmasına baxmayaraq mahaldır. Həm də təxminən 50 vilayətdən belə böyük bir mahal.

Viranşehir: "Şəhər" deyil, Ş.urfanın bir mahalıdır.

Kuşadası: "Ada" deyil.

Dənizli: Dənizlidə dəniz yoxdur.

Elmadağ, Kadifekale, Aralıq dənizi, Gümüşhane...vs.

-"Söylədiyin hər şey doğrumu?"

-"Xeyr!"

Bu adam etibarlı biridirmi? Öncə fikir söyləyək:

"Xeyr" dediyinə görə arada bir səhv(yalan) söyləyir deməkdir. Arada bir səhv danışırsa "xeyr" dediyi də səhv və ya yalan ola bilər. O zaman "xeyr", "bəli" olar. Bu səfər də "bəli" deyirsə, hər söylədiyi doğru olduğundan "xeyr" də doğrudur... Yaxşısı bu adama çox etimad etməyək...

Bir avtobus elanı:

-"Oxuma-yazma öyrənmək istəyənlərə müjdə! Dərhal aşağıdakı ünvana müraciət edin..."

Oxuma-yazma bilməyən bir insan necə bu elanı oxuyacaq! Oxusa onsuz da o ünvana müraciət etməsi lazım deyil...

Bir adam, saçları töküldüyü üçün həkimə gedər. həkim, diaqnozu qoyar: Stress!

Amma adam saçları töküldüyü üçün stressə girməkdədir. Stressə girdikcə daha da çox tökülməkdədir. Daha da çox töküldükcə də, stressi eyni sürətlə artmaqdadır...

Mən hər zaman yalan danışaram.

BU CÜMLƏDƏKİ HƏRF SAYI OTUZBİR DEYİL. (31 Hərf var)

Alaaddinin sehrli lampasından çıxan cini hər kəs bilİr. Cin deyir ki:

-Dilə məndən nə dilərsən. Unutma ki yalnız 'bir' dilək haqqın var və mütləq yerinə gələcək.

Siz olsanız nə istəyərdiniz? Ələddin elə bir istəkdə tapır ki, cin nə edəcəyini çaşır:

-Mənim bütün diləklərimi yerinə yetir!

Sokrat: "Bildiyim tək şey var; o da heç bir şey bilmədiyim."

Bəzi heyvan adları, insanlar üçün sifət olaraq istifadə edildiklərində iltifat qəbul edilir:

Aslanım mənim!

Qoç kimi maşallah!

Qurd kimisən qardaş!

Bəzi heyvan adları isə təhqir mənasını verər:

Çox inək bir yoldaş!

Ayısan, nesen? ! (Ayı, bəzi ölkələrdə iltifatdır)

Öküz öküz baxma!

Nəticədə heyvan, heyvandır:)

Mənbə: müxtəlif

Bölmə: Məqalə | Baxılıb: 1575 | Müəllif: vatanbaku | Teqlər: paradoks | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Dekabr 2010  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz