Cümə, 2024-04-26, 11:35
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2010 » Fevral » 2 » Türklərdə Dini Ayinlər
Bookmark and Share
Türklərdə Dini Ayinlər
19:13
Goyturkler


Qədim Türklərdə üç böyük Din Mərasimi var idi


1) Yazda kağan və ölkənin ağsaqqalarının da iştirakı ilə ata mağarasında keçirilərdi. Bu mağara, Bozqurd/Ergenekon Dastanındakı Bozqurdun son yaralı Türkü qaçırıb saxlamış olduğu mağaradır. Bu mağara qəti olmayan təxminlərə görə Turfan (Kao-çang) Dağlarının (Altayda) şimalındadır. Burada ataların ruhuna qurbanlar kəsilərdi.

2) İyun ayında Tamır ya da Ongin çaylarının sahilində Göy Tanrı adına keçirilərdi. Bu mərasimdə tək yaradıcı olaraq düşünülən Göy Tanrıya ayğır qurban edilərdi.

3) Payızda Tailində, müqəddəs sayılan yir-sublar (yer-sular; təbiət varlıqları, bir növ çatmış, övliya inancı) üçün edilərdi.
Ən qədim dəlillər
„Tengri: Göy(-tanrısı). Bu cümlənin ən qədim dəlilləri qədim Çin Ədəbiyyatında Hsiungu (m. ö. 1766-400) xalqını izah edən yazılarda tapılmışdır. Çinlərin tchengli şəkilində verdikləri bu cümlə heç şübhəsiz, iki hecalı Tengri cümləsinin Çinləşdirilməsidir. Daha sonra yazılmış qaynaqlarda Çinlər, Tengri olaraq teng-ning-li ( ya da teng-yi-li) şəkilində üç hecalı bir cümlə verirlər. Ortaya i nin əlavə olunması Çin tərcümələrində normaldır və üç hecalı cümlə, Türk dillərində təstiq edilmişdir; amma ən köhnə qaynaqlarda olmaz. Bu mövzu haqqında fərqli fikirlər var: İndiyə qədər müqayisə edilmək məqsədiylə ortaya qoyulmuş Sumercə Dingir (Sumerlərin ən yüksək Tanrısı) və Çincə T'ien (Gök)dan daha çox məmnun buraxan (köhnə-)Türkcə Teng- (dön[-mek]) olmuşdur. [2]
Türklərin Tanrısı
Tengri milli bir tanrının bütün xüsusiyyətlərinə malikdir. Türklər Dünyanın Mərkəzində oturar, yəni özlərini qoruyan Göyün altında. Köhnə Türk kitabələrinin məzmunları çox dəqiq bir şəkildə Tengrinin Türklərin Tanrısı (Türük Tengrisi) olduğunu digər xalqların tanrısı olmadığını ifadə edirlər. Tengri bəzən kağan ünvanını daşıyır, və xüsusilə öz xalqını qoruyur. Başqa tanrısal varlıqlarla birlikdə, Türk Xalqının dağılmamasını, təkrar bir olmasını əmr edir." [3]

Kaşğarlı Mahmudun məşhur əsəri Divanı Lügati't-Türk'də Tenğri üç mənalıdır, bunlar:
Tanrı
göy, səma (müsəlman olmayanlar tərəfindən)
böyük bir dağ, böyük bir ağac kimi gözə ulu görünən hər şey (müsəlman olmayanlar tərəfindən).

Tengriyə İbadət

Heç bir kam, arzu Göy Ataya, Torpaq Anaya və atalara dua etmədən başlamaz. Tengrinin varlığı, gündəlik fəaliyyətlərdə kainatın tarazlığıyla fərdi həyatın elin idili olması açılışında həmişə xatırlanar. Yeni bir şüşə içki açıldığında, bir qisim alınıb bir qaba qoyular, sonra da çölə çıxarılaraq Göy Ataya, Torpaq Anaya və atalara təqdim edilər. Tsatsah olaraq bilinən bu ayin, Moğolistan və Sibir dinində hələdə əhəmiyyətli bir yer tutur. Ev xanımları ayrıca eyni şəkildə süd və çay təqdim edərlər, bir yerin ətrafında firlanaraq, mayeni üç dəfə dörd istiqamətə səpərlər.

Tengrinin qədəri təyin etməkdəki rolu gündəlik danışmalarda (mogol.) Tengeriin boşig (Göyün təqdiri) kimi sözlərlə davamlı xatırlanar. Qadınların mətbəx və mətbəx əşyalarını təmiz tutmaları tənbeh edilər, çünki onların çirklənməsinə meydan vermək Tengriyə təhqir hesab edilər. Bayramlarda və dağ ruhlarına qurban verildiyində Tengriyə əhdlər verilər və dua edilər. Ayrıca adama xüsusi bir ayin olaraq təcili vəziyyətlərdə Tengriyə edilən xüsusi bir qurban vardır. Yağış ayinləri doğrudan Tengriyə xitab etməkdədir və Tengri ilə dağ ruhlarına adanmış Obalarda reallaşar. Hər kəsin Tengriyə kömək üçün müraciət etmə haqqı vardır, ancaq bir fəlakət və ya güclü bir ruhun müdaxiləsiylə tarazlıq pozulmuşsa, xəstəsinin Tengri ilə əlaqəsini və ya kainatdakı tarazlığı təkrar təsis etmək üzrə şaman, ruhların gücünü istifadə edər.

Bölmə: Tarix | Baxılıb: 1186 | Müəllif: vatanbaku | Teqlər: Göy, Türklərdə Dini Ayinlər, tanrı | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Fevral 2010  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz