Bazar, 2024-12-22, 10:06
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 3
Qonaq: 3
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Oktyabr » 19 » Türkün türklə ədavətə haqqı yox!!!
Bookmark and Share
Türkün türklə ədavətə haqqı yox!!!
15:18

 


Bextiyar Vahabzade


Düşmənimiz dostumuzdan çox ikən…
Türkün türklə ədavətə haqqı yox!!!  
Bəxtiyar Vahabzadə
 


Yad əlində tapdanırkan şərəf-şan,
Türkün türklə ədavətə haqqı yox.
Hər işimiz başlanırkan sıfırdan,
Türkün türklə ədavətə haqqı yox.

 
 
Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdumuza gün doğa.
Bütün millət dönməliykən yumruğa,
Türkün türklə ədavətə haqqı yox.

 
Tarix bizi imtahana çəkirkən,
İmdad umur hamımızdan bu Vətən.
Dünya da haqq səsimizə kar ikən,
Türkün türklə ədavətə haqqı yox.

 
Sındırıldı dəyirmanda pərimiz,
Əsir oldu divə bizim Pərimiz,
Dağılırkan ocağımız, pirimiz,
Türkün türklə ədavətə haqqı yox.

 
Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən.
Düşmənimiz dostumuzdan çox ikən,
Türkün türklə ədavətə haqqı yox.
 
Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədlə getdiyimiz yol çətin.
Hər gün neçə şəhid verən millətin
Bir biri ilə ədavətə haqqı yox.
Bölmə: Şeir | Baxılıb: 1082 | Müəllif: vatanbaku | Teqlər: ədavətə, haqqı, dostumuzdan, Türkün, çox ikən, türklə, Düşmənimiz, yox | Reytinq: 5.0/1 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Axtar
Kalendar
«  Oktyabr 2009  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz