Elmdə milli dil və onun davamı kimi milli ədəbi dil anlayışı var. Bu anlayış avropaşünaslıqdan gəlir. Elmi semantikadan çox Avropa mərkəzçiliyi (avrosentrizm) ilə bağlıdır. Bu doktrinaya görə, millət və təbii ki, onunla bağlı törəmələr (milli ədəbi dil, milli dil) kapitalizmlə bağlıdır. Həmin düşüncəyə görə, kapitalizm dünya tarixi üçün yeni mədəni, elmi səviyyə yaradır və müasir yüksək tərəqqinin başlanğıcı və hərəkətverici, siyasi-ictimai təşkilatçısı kapitalizmdir. Deyirlər ki, xalq ictimai kollektiv olaraq millət həddinə çatanda ən yüksək inkişaf səviyyəsinə qovuşmuş olur. Həmin mövqedən, deməli: Avropa ölkələrinin xalqları, millət məzmunu kəsb edərək, müasir dünyanın ən mədəni cəmiyyətlərini təşkil edi
... Davamı »
Başqa bir fakt. Üzeyir bəy Hacıbəyov "Leyli və Məcnun" operasını Füzulinin süjeti əsasında yazdı. Onun librettosunun mətni Füzulinin qəzəllərindən və "Leyli və Məcnun" məsnəvisindən qurulmuşdur. Opera xorun ifasında birbaşa "Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım" misraları ilə məlum məşhur qəzəldən dörd beytin oxunması ilə başlayır və bir kəlmə anlaşılmaz söz yoxdur. Məcnun salondakı dinləyici-tamaşaçılara bir kəlməsini də dəyişmədən Füzulinin qəzəli ilə müraciət edir: