Keçən məqalədə sizə Militarizmdən bəhs etmişdim. Düşündüm ki, əgər militarizmdən məlumat vermişəmsə, Antimilitarizmdən də məlumat vermək lazımdır.
Bu günkü mövzumuz Antimilitarizm olacaq. Antimilitarizm hər cür silahlanmaya qarşı, hər hansı bir hərbi təlim, məşq v. s... Bütün hərbi əməliyyatlara, haqlı- haqsız, doğru -yanlış... Ümumən şərtlər nə olursa olsun, hərbi münaqişələrin hamısına qarşı çıxan bir ideologiyadır. Bu ideologiyaya inanan və ya qatılan insanlara Antimilitarist deyilir. (Military latın kökənli, ingiliscədə işlədilən Silahlı Qüvvələr (hərb) sözüdür). Bir Antimilitarist əskərliyə qarşı çıxır və bu sistemin tamamən ləğvini istəyir. Silahların tətbiqi, istehsalı və istismarına qəti şəkildə qarşı çıxırlar. Antimilitaristlərin düşüncəsinə görə, insanlar arasındakı anlaşılmamazlıqları danışaraq həll etmək mümkündür. Silahsız, sərhədsız bir dünya istədiklərini bildirirlər. Antimilitarist düşüncəyə görə, militarizm cəmiyyətdə kişilərə üstünlük verməklə, qadınları, homoseksualları cəmiyyətdən uzaqlaşdırır və kişi hegomonluğuna xidmət edir. PS. Açığı mən o qədər də militarist biri deyiləm amma, bu yazını yazarkən, həyatda insan təbiyyətinə hesablanmayan , nə qədər mənasız ideologiyaların olduğunu düşündüm.
|