Şənbə, 2024-04-20, 06:59
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2010 » Aprel » 12 » Autizm
Bookmark and Share
Autizm
17:55

autizm

 Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir rahatsızlıqdır. Bu əlamətlər autizmi, Asperger sindromu kimi daha yüngül görünən autistik spektrum pozuqluğundan (ASP) ayırar. Autizm irsi mənşəlidir ancaq irsiliyi olduqca qarışıqdır və ASPın mənşəyinin çoxlu gen qarşılıqlı təsirlərindənmi yoxsa, nadir görülən mutasiyalardanmı qaynaqlandığı çox açıq deyil. Nadir hallarda, doğum şikəstliklərinə səbəb olan faktorlarla yaxından əlaqəlidir. Digər görüşlərə görə isə uşaqlıqda edilən peyvəndlər kimi səbəblər mübahisəlidir və peyvənd mənşəli fərziyyələrin razı salıcı elmi dəlilləri yoxdur. Yaxın dövr araşdırmaları autizmin prevalansını 1.000 adama bir ya da iki halda olaraq təxmin edər, eyni araşdırmalardakı təxminlərə görə ASP təxminən 1.000 adamda altı haldadır və kişilərdə rast gəlinmə nisbəti qadınlara görə 4,3 dəfə daha çoxdur. Autizm hadisələrinin sayı 1980- ci illərdən bəri olduqca çox nisbətdə artmışdır. Bunun səbəbi qismən diaqnoz qoyma üsullarındakı dəyişikliklərdir; gerçək prevalansın artıb artmadığı aydın deyil.

 


Autizm beyinin bir çox qisiminə təsir edər amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda, bunda müvəffəq ola bilməkdədir.


Autizmin adı qoyulmadan çox əvvəl autistik semptomlar və müalicəsi təyin olunmuşdur. Martın Lutherin əsərlərində şiddətli dərəcədə autistik ola biləcək olan 12 yaşında bir oğlanın əhvalatı vardır. Lutherin yazıçısı Johannes Mathesiusa görə Luther uşağın şeytan tərəfindən ruhuna girilmiş, ruhsuz bir ət parçası olduğunu düşünmüş və boğulmasını təklif etmişdir. 1798də tutulmuş yabanı bir uşaq olan Aveyronlu Victor, autizmin müxtəlif əlamətlərini göstərmişdir; tibb tələbəsi Jean Itard, ictimai bağlar qurmasına və təqlid yoluyla danışmasını təmin etməyə yarayan davranış üsullu bir proqramla uşağı müalicə etmişdir.

Neo-Latın autismus sözcüyü İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən 1910-cu ildə törədilmişdir. Bleuler sözcüyü Yunanca autos (αὐτός, öz mənasında) sözcüyündən törətmiş və adamın özünə olan xəstəlikli heyranlığı mənasında istifadə etmişdir: "Çöldən gələn hər hansı bir təsirin dözülməz bir rahatsızlıq verməsinə qarşı xəstənin fantaziyalarına autistik çəkilməsi. "


Autizm sözcüyü bugünkü mənasında ilk dəfə 1938-ci ildə Viyana Universitet Xəstəxanasından Hans Asperger tərəfindən uşaq psixologiyası üzərinə verdiyi Almanca bir dərsdə Bleulerin "autistik psixopatlar" terminologiyası ilə istifadə edilmişdir. <vatanbaku> Asperger, hal-hazırda Asperger sindromu olaraq bilinən bir ASP növünü araşdırırdı, ancaq bu sindrom müxtəlif səbəblərə görə 1981-ci ilə qədər ayrı bir diaqnoz olaraq tanınmamışdır. Johns Hopkins Xəstəxanasından Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında yazdığı hesabatında ilk olaraq erkən infantil autizm terminini istifadə etmişdir. Kannerin ilk məqaləsində təyin olunan, xüsusilə "Autistik yalnızlıq" və "dəyişməməkdə israr" kimi xüsusiyyətlərin az qala bütünü hələ autistik spektrum pozuqluqlarının tipik xüsusiyyətləri olaraq görülməkdədir. Kannerin, termini Aspergerdən asılı olaraq istifadə edib, etmədiyi bilinməməkdədir.

Kannerin autizm sözcüyünü təkrar istifadə etməsi illərcə "infantil şizofreniya" kimi terminologiya qarışıqlığına gətirib çıxardı və 20. əsrin ortalarında uşaq psixiatriyasının ana məhrumluğu üzərinə sıxlaşması, autizmin, "soyuducu analara" uşağın reaksiyası olduğu kimi səhv mövzulara gətirib çıxardı. 1960-cı illərin sonundan başlayaraq autizmin, həyat boyu sürdüyünü, zəka geriliyi, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqini və valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərərək ayrı bir sindrom olduğu qəbul edildi. 1970-ci illərin ortalarına qədər autizmdə genetikin rolu üzərinə çox az dəlil var idi. Ancaq indiki vaxtda autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olanı olduğu hesab edilir. Valideynlər təşkilatlarının ortaya çıxışı və uşaqlıq ASP haqqındakı ictimai stigmanın(utanc verici) yıxılması ilə birlikdə ASP təsirləri, sərhədləri və müalicəsi haqqında görüşlər böyük ölçüdə təsirlənmişdir. Ümumi Şəbəkə, autistik fərdlərlə bacarma, çətinlik çəkdikləri sözsüz işarələrdən və romantik paylaşmadan ayrıca olaraq ayıq qruplara qatılmalarına və uzaqdan işlərinə köməkçi olmuşdur. Autizmin sosioloji və mədəni istiqamətləri inkişaf etmişdir; birlik içində bəziləri bir çarə axtarmaqda, digərləri isə autizmin mövcudluğun yalnız başqa bir yolu olduğuna inanmaqdadır


hususiyyetleri

Autizm tək bir əlamətdən çox, bir silsilə əlamət ilə fərq edilər. Əsas xüsusiyyətləri ictimai qarşılıqlı təsir pozuqluqları, ünsiyyət pozuqluqları, məhdud maraq və təkrarlayıcı davranışdır. Atipik yemək yemə kimi digər xüsusiyyətlərə sıxlıqla rast gəlinər amma diaqnoz qoymaq üçün gərəkli deyil. Autizmin əlamətləri ümumi populyasiya içində tək-tək görülər amma patoloji şiddətdə ifadə edilənlər ilə şəxsiyyət xüsusiyyətlərini bir-birindən qəti xəttlərlə ayıracaq qədər yüksək nisbətdə bağlanmaz

Autistik fərdlər, diaqnoz qoyulmasına səbəb olmayan amma həm fərdi həm də ailəsinə təsir edən başqa ifadələr də göstərə bilər. ASP olan fərdlərin çox kiçik bir qisimi, əhəmiyyətsiz məlumatların əzbərlənməsindən, autistik hakimlik fövqəladə qabiliyyətlərinə qədər dəyişən bir yelpikdə qeyri-adi qabiliyyətlər sərgiləyər.


Atipik yemə davranışı ASP olan uşaqların dörddə üçündə görülər və əvvəllər diaqnoz qoymada bir göstərici olaraq istifadə edilərdi. Seçicilik ən məşhur problemdir, amma yemə adətləri və yeməyi rədd etmək kimi problemlərdə ortaya çıxa bilər; bunlar qeyri-kafi bəslənmə ilə nəticələnməz. Bəzi autistik uşaqlarda qastrointestinal (Qİ) semptomlar görülsə də autistik uşaqların normaldan daha çox Qİ problemləri olduğunu dəstəkləyəcək kifayəy qədər çap edilmiş məlumat yoxdur; çalışmalar ziddiyyətli nəticələr verməkdədir və Qİ problemləri ilə ASP arasındakı əlaqə tam olaraq müəyyən deyil.

İnkişaf pozuqluqları olan uşaqlarda yuxu problemlərinin çox məşhur olduğu bilinməkdədir, əldəki dəlillərə görə ASP olan uşaqların daha da çox yuxu problemi olduğu görülmüşdür. Atistik uşaqlar, yuxuya getməkdə çətinlik çəkmə, tez-tez gecələri oyanma və səhərlər erkən qalxma kimi problemlərlə qarşı-qarşıya qala bilməkdədirlər. Dominick et al ASP olan uşaqların üçdə ikisinin yuxu problemləri olduğunu bildirmişdir.

ASP olan uşaqların valideynlərinin stress səviyyələri çox yüksəkdir. ASP olan uşaqların qardaşlarının, ASP dən təsirlənən qardaşa daha böyük maraq bəslədiyi və daha az qarşıdurma içinə girdikləri bildirilmişdir. Bu qardaşlar yetkin olduqlarında qardaşlıq əlaqələrinin zəifləməsi və sağlamlıq problemləri yaşamaq riskləri yüksəkdir.

 

Bölmə: Məqalə | Baxılıb: 1424 | Müəllif: vatanbaku | Teqlər: autizm autistik autist uuşaq xəstəl | Reytinq: 1.0/1 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Aprel 2010  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz