Tanrıya müraciətim
Zor gəlib zamanın bu zoruna
mən
Üz tutdum allahın hüzuruna mən,
Diz çöküb yalvardım: Ulu yaradan
Qurtar millətimi bu bəlalardan
Qurtar ləkələrdən,təhlükələrdən
Bu mərrəkələrdən,səksəkələrdən
Çadırda sitəmdən,ölümdən qurtar
Zülümkardan qurtar,zülümdən qurtar
Yerdə allahlardan,peyğəmbərlərdən
Birdə imamlardan onlardan qurtar
Qurtar iftiradan, böhtandan,şərdən
Tökülən bu nahaq qanlardan qurtar
Qurtar intiqamdan,intiqamçıdan
Sirli ittihamdan,ittihamçıdan
Şeytandan,iblisdən qurtar milləti
Nefsden,qefesden qurtar milləti
Qurtar yalanlardan,yalançılardan
Qurtar talanlardan,talançılardan
Hanı o sərvətim, dövlətim,varım?
Yer yedi,göy uddu səmimiyyəti?
Yaradıb bəlaya salarkən Tanrım,
Niyə yaradırdın sən bu milləti?
Tanrıdan səs gəldi:Zavallı bəndəm
Ay başı qapazlı,zopalı bəndəm
Haqqınız varmı ki,küsməyə məndən?
Türk oğlu,Türk qızı yaratdım sizi
Üzü ağ yaşadıb gəzdirmək üçün,
Bəlkədə süd gölündə üzdürmək üçün
Bir cənnət məkana mən atdım sizi
Ancaq çevrildiniz naxçıvanlıya
Ermənistanlıya,ya şirvanlıya
Salyanlı ya qaxlı oldunuz niyə?
Ağdamlı,qazaxlı oldunuz niyə
Qoydunuz milləti tərəzilərə,
Böldünüz irqlərə,sülalələrə,
Pay piyadalara,süvarilərə
Böldünüz canlara,cangürdənlərə
Buğda yerinə can üyüdənlərə
Yaratdım yeri,göyü,insanı
Bir yol ayırmadım,naxışlamadım
Xalqa vətən verdimAzərbaycanı,
Heç zaman heç kimə bağışlamadım
Naz-nemət verdim ki,yaşasın millət,
Ölməsin qalmasın çətində,darda
Sərvəti namərdlər uduzdu fəqət,
Qumarxanalarda, kazinolarda
Nahaq kor etmədim,kor bayquşları,
Nahaq nur vermədim yapalaqlara,
Oğrular əliylə millətin varı,
Dağıldı,yığıldı sirli banklara,
Millətə dil verdim qlınc tək kəsən
Ovxarlansın,düşmən bağrını yarsın
Vermədim,boğulub ölsədə bəzən,
Tərif dənizində tufan qoparsın
Kənarda yaratdım düşməni sizə
Qənim kəsildiniz,bir-birinizə
Necə çarə qılım mən belə dərdə,
Qəzəb canda yatır,kin qında yatır.
Millət oğruları imarətlərdə,
Millət oğulları zindanda yatır.
Göyləri gurlatdım ayılmadınız,
Yerləri titrətdim,ayılmadınız,
Selləri coşdurdum,ayılmadınız,
Suları daşdırdım,ayılmadınız
Bu da torpaq dərdi,Qarabağ dərdi,
Dərdə də ayıltmadı,kara gəlmədi...
Bu yolda adətkar,öyrəncəli siz,
Dönüb din imana gəlməyincə siz,
Şahlar,hökümdarlar qabağında
yox,
Vətənin yolunda ölməyincə
siz,
Bilinki sizinki Allahlıq
deyil,”
Səndə get əyənlər önündə
əyil,
...Bəs bu səda hardan:” Əyilmə,şah dur,
Qırma ümidini,bir səbrini bas!
Allah zalım deyil,qadir Allahdır,
Qəzəbi keçsə də yaşadar,qırmaz!!!...”
Famil Mehdi
|