Yoga (Sanskrit, Pāli: योग yóga) Hindistan qaynaqlı fiziki və zehni intizamları təsvir etmək üçün istifadə edilən bir sözdür. Eyni zamanda Hinduizm, Budizm və Jainizmdə müxtəlif meditatif tətbiqlərə də yoqa adı verilməkdədir. Hinduizmdə, altı ənənəvi fəlsəfə məktəbindən (āstika) biri olaraq qəbul edilir
Sanskritçe yoga sözü bir çox anlama malikdir; "nəzarət etmək", "boyunduruq altına almaq" və ya "birləşdirmək" mənasını verən Sanskrit "yuj" sözündən törəmişdir. "Qovuşma", "bir yerə gəlmə", "birlik", "qarşılaşma" və "üsul" olaraq çevrilə bilər. Yoqa tətbiq edən və ya yoqa fəlsəfəsini izləyən adama yoqi ya da yoqini adı verilər.
Yoqanın səkkiz bölməsi
Yoqa səkkiz hissədən meydana gəlir. Bu hissələr Ashta-Anga olaraq adlandırılar. Yama - müsbət yönlərin inkişaf etdirilməsi Niyama - mənfi yönlərin aradan qaldırılması Asana- fiziki duruşlar Pranayama - nəfəs və enerji texnikaları Pratyahara - biyoenerji və çakra texnikaları Dharana - konsentrasiya texnikaları Dhyana - Meditasyiya texnikaları Samadhi - süpermeditasyon texnikaları
Hər bölmədə minlərlə texnik var.
Yoqa Tarixi
İnsanlığın başlanğıcından bəri Yoqa tətbiq olunmaqdadır. İlk başlarda Ustaddan şagirdə şifahi köçürülən məlumatlar zaman içində başqa təlimlərlə qarışdırıldığı üçün günümüzdən 2000-3000 il əvvəl Ustad Patancali tərəfindən təkrar orijinal halına sadələşdirilib kitab halına gətirilmişdir. Yoqanın bu orijinal halını izah etdiyi kitab Yoqa Sutradır.
Mənbə: Vikipedia
|