Balkarlar (Qaraçaylılardan ayrı,Qaraçay-Balkar dilində danışırlar)
Başqırdlar
Çulumlar
Çuvaşlar
Krım tatarları
Dolqanlar
Qaqauz türkləri
Qazaxlar
Qırğızlar
Qaraçaylılar (Balkarlardan ayrı, Qaraçay-Balkar dilində danışırlar)
Crimean Karaites
Qaraqalpaqlar
Qarapapaqlar
Xakaslar
Krymchaks
Kumıklar
Noqaylar
Qaşqaylar
Salar
Tatarlar
Volqa Tatarları (və ya Kazan Tatarları, əksərən Tatarlar)
Nağaybäklär
Baltik Tatarları
Sibir Tatarları
Lipka Tatarları
Tofalar
Türkmənlər
Türkiyə Türkləri (Osmanlı Türkləri)
Kipr türkləri
Tuvanlar
Uyğurlar
Özbəklər
Yakutlar
Yörüklər
Türk dilləri ailəsi
Türkdilli xalqların yaşadığı ərazilər.
Türk dilləri - köhnəlmiş adı türk-tatar dilləri. Türk dilləri ailəsi 41 dil, ləhcə və ya şivədən ibarətdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Tuva, Çuvaş, Yakutiya, Dağlıq Altay və Xakas yerli əhalisinin və eləcədə İran, İraq, Əfqanıstan, Çin, Bolqarıstan, Rumıniya, keçmiş Yuqoslaviya və Albaniyanın bir sıra xalqlarının genoloji (mənşəcə) və tipolji cəhətdən qohum dilləri. Keçmiş SSRİ-də türkdilli xalqlar slavyan xalqlarından sonra II yeri tuturdu və SSRİ-də bu dil ailəsinə mənsub 23 dil olmuşdur. Türk dilləri qismən Dağıstanda (Qumuqlar, Noqaylar), Kabarda-Balkar, Qaraçay-Çərkəz (Balkarlar, Qaraçaylılar, Noqaylar), Stavropolda (Noqaylar, Truxmenlər), Moldoviyada (Qaqauzlar), Litvada (Karaimlər, Tatarlar), Krım (Krım tatarları) və s. yerlərdə də yayılmışdır. Türk dillərinin hansı dillər ailəsinə daxil olması indiyədək müəyyənləşdirilməmişdir. Almilərin bir qismi onları Ural-Altay, digər qismi isə Altay dillərinə daxil edirlər. Türk dilləri qrupunu müstəqil dil ailəsi hesab edənlərdə var.
Hal-hazırda bu dil ailəsi 180 milyon insanın doğma dilidir.
Türk dillərinin tarixi inkişafı aşağıdakı mərhələlərə bölünür:
Altay və Hun dövrləri (eramızın V əsrinədək)
Qədim Türk dövr (V-X əsrin əvvəli)
Orta Türk dövrü (X-XV əsrlər)
Yeni və ən yeni türk dövrləri (XVI-XX əsrdə).
Türk dillərinin təsnifatı
Qəbul olunmuş təsnifata görə türk dilləri Qərbi (Qərbi hun) və Şərq (Şərqi hun) qollarına ayrılır:
Qərb qolu
bulqar
Bulqarlar (qədim) dili
Xəzər dili
Çuvaş dili
Oğuz
Oğuzlar(X-XI əsrlər)
Azərbaycan dili
Türk dili (yəni Türkiyə türkcəsi)
Türkmən dili
Qaqauz dili
Qıpçaq
Başqırd dili
Qazax dili
Qaraçay dili
Balkar dili
Qaraqalpaq dili
Qumuq dili
Karai dili
Noqay dili
Tatar dili
və s.
Karluq
Özbək dili
Uyğur (yeni uyğur) dili
və s. qruplara
Şərqi qolu
Uyğur
qədim Uyğur dili
Tuva dili
Yakut dili
Xakas dili
Şor dilləri
s.
Qırğızqıpçaq
Qırğız dili
Altay dili
qrupları daxildir.
Əlifbası
Türk dilinin qədim yazılı abidələri (Orxon-Yenisey əlifbası ilə) VI-XI əsrlərə aiddir; daha qədim abidələri isə mani, brahmi və soğdi əlifbası ilə yazılmışdır (Sintszyan və Orta Asiya). Sonralar türk yazısı (Uyğur və Ərəb əlifbaları ilə) şərqdə Kaşqar, Orta-Asiya və Qızıl Ordada, qərbdə isə Səlcuqilər dövlətində (Kiçik Asiya), Azərbaycanda, Türkiyədə, Misirdə, Hindistanda və s. yerlərdə inkişaf etmişdir.
XX əsrin 20-30-cu illərində keçmiş SSRİ-nin türk dilli xalqları latın əlifbasından istifadə etmişlər. 30-cu illərin sonunda bu dillərin çoxu üçün kiril qrafikası əsasında əlifba yaradılmışdır. Türkiyədə 1928-ci ildən latın qrafikalı əlifba qəbul olunmuşdur. Lakin SSRİ dağıldıqdan sonra azad olmuş türkdilli dövlətlər yenidən latın qrafikalı əlifbadan istifadə etmişlər.