Osmanlı Dövləti, l. Dünya döyüşündə dörd il boyunca, yeddi cəbhədə dövrün ən güclü dövlətləriylə döyüşmək məcburiyyətində qaldı. Ölkənin hər bölgəsində bir cəbhə açılmışkən, o tarixdə, Azerbaycanında vəziyyəti fərqli deyildi.
Azerbaycanın; elmi, iqtisadi və əsgəri baxımından irəliləməsinə qəsdən maneə törədirdilər. 1918-ci ildə Bir qrup erməni ruslardan dəstək alaraq Azərbaycanı işğal etdilər. Demək olarki,Azerbaycanın bir çox şəhərini ələ keçirdilər. Düşmən işğalçılar Şaumyanın idarə etdiyi hərəkət, tamamilə Azərbaycan xalqına yönəlmişdi. Bakıda, Türklərə qarşı 18 Mart-1 Aprel 1918 tarixləri arasında qorxunc ölçülərə çatan qırğınlar reallaşdırırdılar. Bu qırğında 12.000 Azərbaycan Türkünü şəhid etdilər. Təzyiq və vəhşiliklərindən xilas olmaq üçün Bakıdakı xalqın yarısı şəhəri tərk etmək məcburiyyətində qaldı. İstanbula, Azerbaycanın çox çətin vəziyyətdə olduğuna dair xəbərlər gəlməyə başladı. Azerbaycanın vəziyyəti, tez hərəkət etməyi tələb edir. Enver Paşa, ögey qardaşı Nuri Paşanı Qafqaz İslam Ordusunu qurmaq məqsədiylə Azerbaycana göndərdi. Düşmənlərin etmiş olduqları vəhşilik ağla sığmaz hal almışdı. Xalq çox çətin günlər keçirirdi. Onlar üçün tək ümid qaynağı Anadolu Türkləri idi. Türk ordusu Azerbaycana gəldiyində xalq yollara tökülərək, ordunu coşğuyla qarşılayırdı. Gəncəyə, 25 May 1918de gələn Nuri Paşa, burada işlərinə başlayır. Ordu hazırlıqlarını tamamladıqdan sonra Nuri Paşa əmrindəki birliklər, işğalçıların əlinə keçən Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını aldılar. Bakı hələ işğalçıların əlində idi. Bakıya hücum edən Türk ordusunun ilk hərəkatından qəti nəticə alına bilmədi. Çətin vəziyyətdə olan xalq bu vəziyyətdən narahat oldu. İşğal altında olan Bakıda işgəncələr həddsiz mərhələyə çatmışdı. Xalq çarəsiz idi, insanların çarəsizliyini görən Abdullah Şaiq, "Nə üçün Belə Gecikdin" başlıqlı şeirində xalqın əhval ruhiyəsini belə izah edir:
Sənsiz ürəyim qırıq, sönük, tapdalanmış,
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış,
Qırıq bir saz kimi sızlayar qanlı, yorğun telləri.
Bununla birlikdə birinci Bakı hücumundan sonra xalq, ordunun daha sürətli hərəkət etməsi üçün Nuri Paşaya, Bakıdaki vəziyyətin vəhimliyini izah edən bir məktub göndərər. Bu məktubda: "Ey Türk Əsgəri! Əgər sən Bakıyı ala bilməsən, Bakıda, sənin üçün hazırlanan süfrələr evsiz qalacaq, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaq. Əgər sən bu şəhəri ala bilməsən, müsəlman gəlinlərin duvaqlarını düşmən cıracaq, sənin müzəffər olmağın üçün qalxan əlləri zalımlar kəsəcək." şəklində xalqın vəziyyətini izah edirdilər.
İkinci Bakı hücumunda, düşmən qüvvələri Türk ordusunun, hücumlarıyla zərərsiz hala gətirilir. Şəhər, işğalçıların əlindən alınır. Xalq, Nuri və Xəlil Paşaları xilaskar kimi qarşılayır. Onların sayəsində Azerbaycanın paytaxtı istiqlalına qovuşur. Azərbaycan xalqı, qurtuluş gününün Qurban bayramına bərabər gəlməsiylə cüt bayram sevinci yaşayır.
Türk ordusu, Bakı döyüşlərində və bu döyüşlərdən əvvəl vuruşduğu bir çox bölgədə yüzlərlə şəhid verir. Bu cəbhələrdən biri də Şamaxı idi. Şamaxı yaxınlarında şəhid olan bir Türk zabitinin yaralanmasından şəhid olmasına qədər keçən müddət içərsində müxtəlif romantik anlar yaşanır. Şamaxı ətrafında edilən döyüşlərdə şəhid olan, bu Türk əskərinin adı bəzi qaynaqlarda İzzət, bəzi qaynaqlarda da Qədir olaraq keçməkdədir. Əsgərin dastanı günümüzə qədər nəsildən nəsilə izah edilə-edilə gəlir. Rütbəsi min başı(mayor) olan əsgərin şəhid olmasını Elfayım Əziz, "Azadlıq Adına" adlı kitabında belə izah edər:
İzzət Bəy, Aşot adlı bir düşmənin atəş etməsi nəticəsində yerə yıxılır. Ağır yaralanan min başının(mayor) köməyinə, ətrafda yaşayan insanlar gəlir. Əsgərimiz yaralandığında orada olan Gülsabah adındakı qadın, hadisəyə başından bəri şahid olmaqdadır. Çadranı çıxardır, əsgərin yarasını sarımaq istəyir.
İzzət Bəy:
"Bacım qolumu möhkəm tut, mən gülləsni çıxarım" deyər.
Gülləni çıxarar. İzzət Bəy, Gülsabahtan cibində olan dəsmalı çıxarmasını istər. Dəsmalı Gülsabah İzzət Beye verər. Dəsmalın içinə gülləni qoyduqdan sonra,
İzzət Bəy: "Artıq tamamdır, hər şey bitdi, yaramı bağlamağa ehtiyac yoxdur. Qanım bu torpaqlara axsin." deyər.
Halsız şəkildə yerdə uzanan İzzət Bəy, silah səsləriylə özünə gəlir. Türk ordusu gəlmişdi. Əsgərlər İzzət Bəyi yaralayan əsgəri orada çıxan qarşıdurmada vurmuşdular. Ordunun gəlməsinə İzzət Bəy çox sevinir. Qarşısında Nuri Paşanı görüncə həyəcanlanır. Nuri Paşa İzzət Bəyin yanına yaxınlaşar, İzzət Bəyin başını dizlərinə qoyur. Artıq İzzət Bəy son anlarını yaşamaqda idi. Nuri Paşaya: "Başam bir Türk paşasının dizlərində can vermək mənim üçün böyük bir şərəfdir." deyir.
Nuru Paşa: (onu təsəlli etmək üçün) "Sən yaşayacaqsan daha çox zəfər qazanacaqsan" cavabını verər.
Lakin, İzzət Bəy son anlarını yaşadığının fərqində idi. Əldən düşmüş bir şəkildə uzanan min başının(mayor) ətrafında hər kəs diz çökdü, Şeyx Muhsin Quran oxumağa başladı. İzzət Bəy vətənindən minlərlə kilometr uzaqlıqda ölüm qalam döyüşü verən soydaşlarına kömək etmənin hüzurnu yaşadığı anlarda səssiz bir şəkildə oxunan Quranı dinləyir. Orada olan insanların bu tablo qarşısında duyğularına hakim ola bilməyib gözyaşlarını tuta bilmirlər. İzzət Bəy, bir ara qalxır və yanındakılardan haqlarını halal etmələrini istəyir. Cibindəki dəsmalı zorla çıxarıb Nuri Paşaya:
-Paşam! Atam, Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşarkən ağır yaralanmış. Bədəninə isabət edən gülləni güc bəla çıxardıqdan sonra, yanında olan silah yoldaşlarına, "Bu gülləni oğuluma verin, mən vətənim üçün qəhrəman casina döyüşdüm, ölkəm üçün canımı vermək üzrəyəm. Ona söyləyin məni yaralayan bu gülləni yanında daşısın, bunu iki etsin." deyir və bədənindən çıxan güllələ əkiz qardaşlar kimi dayanan şəhadət nişanlarını göstərərək:
"Paşam! atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi kimi gülləni iki etdim. Hələ güllənin üzərindəki qanım qurumadı. Siz də bu gülləni alın oğuluma verin, ona atasının da qəhrəman kimi döyüşdükdən sonra şəhid olduğunu izah edin, bu güllələri üçə çıxarmasını söyləyin." deyir Son sözlərini söyləyən İzzət Bəy vurulduğu yerdə dünyaya gözlərini yumur.
Xalq, İzzət Bəyi yaralandığında Şamaxıya aparmaq istəyir, lakin o orada dəfn edilməsini vəsiyyət edər. Onun vəsiyyəti üzərinə öz vətəni olaraq gördüyü torpaqlara, Şamaxı yaxınlarındakı Acıdere mövqeinə dəfn edirlər. O gündən bu günə qəbirin adı "Türk məzarı" olaraq xatırlına.
Türk qəbiriylə əlaqədar araşdırmamızda qarşımıza Bəxtiyar İsmayıllı (Türkcanlı) çıxmaqdadır. Bu şəhid məzarıyla Dr. İsmayıllının adı, sanki qaynaşmışdır. Onun izah etdiklərinə görə sonradan işğalçılar tərəfindən bir neçə dəfə bu qəbir qaldırılmaq istənir. Bu istiqamətdə hərəkətə keçənlər hökumət nəzdində cəhdlərdə olmasına baxmayaraq istəklərinə nail ola bilmirlər. Zaman içərsində müxtəlif təxribata uğrasa da xalq tərəfindən təmir edilir. Qəbirin daşı ilk dəfə Şamaxı qəsəbəsi başçısı tərəfindən tikdirilir. Bu xeyriyyəçi vətəndaşı daha sonra, 1928də öldürülər. Qəbirə xalqın sahib çıxması yanında şairlər də şeirləriylə vəfa borcunu yerinə gətirmişlər. O dövrdə rejimin təzyiqlərindən ötəri şəhid əsgərə kifayyət qədər sədaqət göstərə bilmədiklərini, bu duyğularını ürəklərində saxladıqlarını Azərbaycanlı şair Gabil bu misralarla dilə gətirir:
Türkün qəbiri
Qədim Şirvan yollarının
Üstündədir.
Azərbaycan torpağının,
Altında yox,
Sinəsində,
Sinəsindədir,
Qollarının üstündədir.
Mən bu qəbirin dövründə
Yetmiş bir il lal olmuşam,
Kar olmuşam,
Yetmiş bir il
Bu sadə bir zaman deyil
Bu garibin
Muzdaribin
Bu əsgərin
Bu yavərin
Şəhid ruhu,
Şanlı ruhu hüzurunda
Xəcalətdən xar olmuşam.
Türk sözünü,
Türk adını
Dilimizə gətirməkdə cinayət idi.
Türkün qəbiri
Həsrət qaldı.
Anaların bacıların
İsti gözyaşına
Gözyaşını bulud sıxdı
Yağış tökdü baş daşına
Türkün qəbiri həsrət qaldı
Anaların bacıların
Ağısına.
Bunu rəva görmərəm heç
Düşmənimində düşməninə.
Türkün qəbiri həsrət qaldı
Anaların bacıların qara matəm libasına.
Sonrakı dövrdə qərib qalan qəbirə xalqın maraqı davam etmiş, ətrafını Şamaxılı, Məhəmməd adında bir şofer düzəltmiş. Daha sonra eyni şəkildə Şamaxılı Babahan Rızaxanov adındakı başqa bir şofer də məzarın ətrafını dəmirlə çevirmişdir. Babaxan 1964də sorğulanır, ifadəsi alındıqdan sonra altı gün nəzarətdə tutulur, o dövrdə Türkiyə və Sovetlər Birliyi arasındakı əlaqələrin yumşalması nəticəsində Babaxan sərbəst buraxılır. İrəlidəki dövrlərdə Bəxtiyar İsmayilinin (Türkcanlı) oğulu Atilla tərəfindən təmir edilən qəbirə Türk bayrağı da qoyulur.
Məzarın başına bu misralar yazılar:
Bir Türk kahramanındır bu mezar,
Gör nasıl yer ile yeksan eyleyipdir hakzar,
Kafkas İslam yolunda eyleyip zinhar canın
Erseyi harp içre bir aslanındır bu mezar
Xalq tərəfindən davamlı ziyarət edilən məzar, bir dövr müqəddəs bir məkan halına gəlir. Gabilin şeirindən də aydın olacağı kimi uşaqları olmayan bəzi cütlərin buranı ziyarət edib uşaqları olması üçün dua etdikləri görülməkdədir.
Bir sonsuz bəy,
Sonsuz gəlin
Nəzir niyaz etdilər
Sumana üz tutdular
Haqdan murad etdilər.
Diz çökdülər
Bu məzarın qarşısında
Qədim Şirvan torpağında
Söylədilər:
Allah təki övlad versin
Oğul, ya qız
Bəxtiyar Vahabzade "Tənha məzar" şeirindən bir neçə misranı ,lövhəylə yazdıraraq yolçular gəlib keçdiklərində görə biləcəkləri bir məkana asdırması ilə birlikdə, məzarın ətrafını da düzəltdirir. Vahabzadənin yolçulara səsləndiyi şeir belədir:
Yolun kənarında tənha bir məzar
Üstündə nə adı var nə soyadı.
Ey yolçu, maşını saxla bu yerdə
Soruş kimdir yatan tənha yerində
O bir Türk zabiti qəhrəman,mətin
Doğma qardaşına köməyə gəldi.
Qırğına tutulan millətimizin
Haqlı döyüşünə köməyə gəldi.
Uzaqdan hay verib sənin səsinə
Gəldi, gəldi dönmədi öz ölkəsinə.
Düşmən tərəfini o, soldan sağa
Biçib dəstəsiylə cəbhəni yardı.
Torpağın uğrunda düşüb torpağa
Sənin torpağını sənə gaytardı.
Özü qoruduğu, həm can verdiyi
Yolun kənarında dəfn edildi o.
Uğrunda canını qurban verdiyi
Torpağı özünə vətən bildi o,
Yolçu avtomobili bu yerdə saxla.
O məzar qarşısında sən təzim eylə
Hörmət et, dua ver onun ruhuna, Ayaq basdığın yer borcludur ona.1918den, hər cür təzyiq və zülmlərin tərtib edildiyi bir dövrdən, günümüzə qədər növbəsini bihakkın tutan Türk şəhidi, Azərbaycan xalqının ürəyində onlara verə biləcəyi ən qiymətli hədiyyəni, canını verərək taxt qurmuşdur. Bir dövrdə kimliklərdən Türk adının çıxarılmasına, bu adı söyləyənlərə ən ağır cəzaların verilməsinə baxmayaraq, Türk adı bu qəbirdə ölümsüzləşmişdir. Bu səssiz qəbir, sanki yoldan gəlib keçən yolçulara, o dövrdə Azerbaycanda reallaşdırılmaq istənilən mənfur düşüncəni səssiz halıyla izah etməkdədir. Cildlərlə kitabın və minlərlə katibin edə bilməyəcəyi təsiri yaxınından keçənlərin qulağına sanki pıçıldayarkən, tarixi vəzifəsini etmiş olmanın hüzuru ilə yoldan gəlib keçənləri salamlamaqdadır. Erdal KARAMAN - *Qafqaz Universiteti, Türk Dili və Ədəbiyyatı Hissəsi,Qaynaqlar1I. Dünya Döyüşündə Osmanlı Ordusunun Qafgaz Hərəkatı, Azərbaycan Milli Ordusunun Qurulması və Azerbaycanın İstiqlalının Qazanması Babkmı Mətbəəsı, Bakı 1998, s. 14-15. 2Nasır, Ucalar, Birinci Dünya Savaşında Osmanlı Ordusunun Azərbaycan və Dağıstan Hərəkatı, Ankara 1996, s. 34. 3Nasır, Ucalar, a. g. e. s. 43. 4Respuplika Qəzeti, 28 Aprel 1999 5Nasır, Yüceer, a. g. e., s. 127. 6Elfayım Əzik, Azadlıq Adına, Bakı 2000, s. 157-158. 7Vışkı Qəzeti, 6-7 Aprel 2001 8168 Saat, 24 May 2001 9Ədalet Qəzeti, 27 Aprel 1999. 10Xalq Qəzeti, 18 May 1999