Statistika |
|
|
Online: 1 Qonaq: 1 İstifadəçi: 0 | |
Vatan Baku
..
|
Ana səhifə » 2009 » Avqust » 11 » Xəlil Rza
Xəlil Rza | 22:31 |
Zindandakı cismimdi tək,
Canım orda,ruhum orda.
Qaf dağının zirvəsində-
Ucalardan ucalarda!
Görün harda havalanır
Dağ qartalı görün harda.
Hər sətrimi üfüqlərə
Qanadıyla yaza-yaza.
Xəbər verin yaxınlaşan
İlk bahara,güllü yaza:
-Şimal qütbü üşüyürsə
Qoy sığınsın bağrımıza.
Od içində səməndərdi
AZƏRBAYCAN - XƏLİL RZA!-------------------------------
Xəlil Rza atılsa da
Bucağına zindanların,
Azərbaycan sığa bilməz
Qucağına zindanların.
Aman dostlar siz gəlməyin
Ayağına zindanların.
Lə”nət deyin qan-qırmızı
Bayrağına zindanların!
Qarı düşmən soxlmasın
Poladlaşan sıramıza.
Biri dağdır,biri qaya:
AZƏRBAYCAN – XƏLİL RZA.
----------------------------------
Haray sellır,şəlalələr
Dağ sinəmdən gəlin,keçin!
Tükənməzəm,tükənsəniz
Ürəyimdən badə için.
Gülüstanam,ətrafımdan
Tikanları qırın,biçin
Ağciyərlər aləmində
Yalqız qalan mərdi seçin!
Durulmuşam,sal qayadan
Damla-damla,sıza-sıza
Biri dəniz,biri bulaq:
AZƏRBAYCAN – XƏLİL RZA.
----------------------------------
Kordu gözü.Qoy təpəgöz
Güvənməsin gövdəsinə,
Baş əymədik gülləsinə,
Qandalına,kündəsinə
Dinlə,nitqi nəyə bənzər
Top səsinə,tank səsinə.
El tüpürsün Avropada
O kabusun kölgəsinə.
Asiya da,Afrika da
Bu lənətə atır imza,
Bu döyüşün bayrağıdır
AZƏRBAYCAN – XƏLİL RZA
---------------------------------
Qan-qan! Deyən qatilləri
Bir gün gələr qandıraram
Canilərə cəhənnəməm,
Atəşimdə yandıraram.
Haçan,harda,hansı seldən
Hansı oddan yan duraram?
Əbədiyəm,məbədiyəm.
Cahan varsa mən də varam.
Kainat bir gülüstandır,
Uzaq olsun bizdən qəza.
Dəymə bülbül yuvasıdır
AZƏRBAYCAN – XƏLİL RZA!
|
Bölmə: Şeir |
Baxılıb: 1050 |
Müəllif: vatanbaku
| Teqlər: azərbaycan, RZA, xəlil, vatanbaku
| Reytinq: 0.0/0 |
|
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər. [ Qeydiyyat | Giriş ]
|
|
|