Dostlar Azərbaycanin şərəf səhifələrindən biri olan “21 azer” hərəkatinin 12 dekabırda 63 cü il dönümüdür.
1945 ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında başlayan və sonradan qələbə ilə nəticələnən bu hərəkat Azərbaycan tarixinin qürur verən səhifələrindəndir.Baş tutmuş bu hərəkat nəticəsində Güney Azərbaycan ərazisində Azəərbaycan türklərinin sahib olduğu bir dövlət yarandı.Yaranmış bu dövlətin dövlət dili Azərbaycan türkcəsi idi.Beləliklə bütün dövlət idarələri,müəssisələr,səhiyyə,mədəni marif,v.s hər yerdə Azərbaycan türkcəsi işlənməli idi.Əsirlərdir Güney Azərbaycan türklərinin ürəklərində qalmış bu duyqular nəhayət ki gərçəkləşmişdi .Amma təssüflər olsun ki,fars rejimi bu dövləti xarici güclərin dəstəyi ilə qısa zamanda qan içində boğdu.Əslində dünyada Türk əlehinə olan bütün quvvələr bu Dövlətin yıxılmasına öz töhvəsini verdi.Günüy Azərbaycan Dövləti fars rejimi tərəfindən yıxıldıqdan sonra,minlərlə milli fəallarımız qətlə yetrildi,minlərlə insanlar günümüzə qədər təqiblərə məruz qalır .Fars rejimi insanları sadəcə Azad yaşamaq istədikləri üçün zindanlara atır. “21 Azər” hərəkatı nin bütün üzvlərinin,eləcədə milli düşüncələrlə bu həyatdan köçən bütün Azərbaycan türklərinin hamısının ruhu şad olsun. Sonunda bildirmək istəyirəm ki,nə qədər ki bu dünya var,nə qədər ki bu dünyada Azadliq deyilən bir düşüncə var, xalqımız o azadliğı oz həyatına tətbiq etmək üçün müqavimətini qırmayacaqdır.Bu müqəddəs yolda addımlayanlara tanrı hər zaman kömək olsun.