Pantürkizm (Panturançılıq) - ümumsiyasi bir hərəkatdır. Bütün türk xalqlarının mədəni və siyası cəhətdən bir dövlətdə və ya ittifaqda birləşdirilməsi məqsədinə xidmət edir. Panturançıların qurmağa çalışdıqları "Ümumi Türk Dövləti"nin və ya ittifaqının ərazisi, Balkanlardan Krıma, Şərqi Sibirdən Çinə qədər uzanır.
Pantürkizm tarixi
Pantürkizm ideologiyası bir əsrdən çox tarixə malikdir. Öz kökləri ilə o "Tərcüman" qəzetinə gedib çıxır ki, bu qəzet 1883-cü ildə böyük krım yazıçısı və publisisti İsmayıl Qaspiralı tərəfindən çıxarılırdı. O, ilk dəfə olaraq bütün türk xalqlarının vahid konsolidasiya halında birləşməyi fikrini irəli sürüb. Bu fikir digər krım-tatar, volqo-tatar və azərbaycan inteleqensiyasında böyük səda doğurdu. İsmayıl Qaspiralı həmçinin Vahid Türk Dilinin unitifikasiyasında ilk addım atıb. O Vahid Türk Dilini, orada olan fars və ərəb mənşəli sözlərdən təmizləməsi ilə başlayıb. Onun fikrincə bu dil bütün dünyada türk xalqlarının dili olmalı idi. Türk xalqlarının konsolidasiyası yolunda sonrakı addım 1902-ci ildə Qahirədə buraxılan "Türk" jurnalı oldu. Jurnalın səhifələrində Pantürkizm ideologiyasının, digər iki Qərbləşmə və İslamlaşma fikirlərinə alternativ kimi göstərilirdi. Bunun ən mükəmməl seçim olduğu duyulurdu. Pantürkizm haqda ən birinci elmi-teorotik fikir Yusuf Akçurunun 1904-cü ildə işıq üzü görən "Üç Tərzi Siyasət" məqaləsidir. Bu Pantürkizmin ideoloji və elmi cəhətdən mükəmməl olduğu haqdadır. Dörd il sonra 1908-ci ildə azərbaycanlı filosof Əli bəy Hüseynzadənin "Türkləşmək, İslamlaşmaq, Zamanlaşmaq" əsərində bu ideologiyanın davamlı təzahüri hiss olunur. Bir İdeologiya kimi Pantürkizm XIX əsrdə Panislamizm və Panqərbləşməyə güclü alternativ olaraq formalaşmışdır. Və məhz Osmanlı İmperiyasının "gənctürk" adlandırılan hökumətinin Pantürkizm siyasəti nəticəsində 1917-20-ci illərdə Azərbaycana Türklər böyük yardımlar edirlər. "Kəmal İnqilabı" adlandırılan Mustafa Kamal Atatürkün etdiyi inqilabdan sonra "Pantürkizm" və ya "Panturanizm" ideyası Türkiyənin rəsmi ideologiyası kimi uzun illərə yaddan çıxır. Bu M.K.Atatürkün Qərb yönümlü siyasətinə görə olmuşdur. Pantürkizm ideologiyasının yenidən cücərməsi Atatürkün 1938-ci ildə ölümündündən sonra başlayır. Türkiyənin NATO-ya daxil olduğundan sonra bu ideologiya yenidən aktuallaşır ki, bu da SSRİ-dən Azərbaycanı və digər Orta Asiya Türk Dövlətlərini qoparıb, müstəqil etmək üçün edilir. Bu əlbəttə ki, Pantürkizmi yeni mərhələyə qədəm qoymağa vadar edir.
Bu gün Pantürkizm
SSRİ-nin dağılması Türkiyədə və yeni müstəqillik əldə etmiş türk dövlətlərində pantürkizm ideologiyasının inkişafına səbəb olur. Bu yöndə Türkiyənin yardımları olmuşdur. Beləki müstəqil ölkələrdə Türk mədəniyyətini və siyasətini möhkəmləndirmək üçün Türkiyə dövləti maarifləndirmə siyasətinə başlayır. Müstəqil Türk dövlətlərində müxtəlif litseylər açılır, yeni türk ölkələrindən Türkiyəyə oxumağa tələbələrin göndərilməsinə şərait yaradır. Ancaq bu addım müəyyən mənada uğur qazanmır. Belə ki Özbəkistanda adı çəkilən Türk litseylərinə qadağa qoyulur, iddiaya görə onların İslamçı təbliğatları üzündən. Həmçinin Tatarıstanda "Türk-Tatar litseyləri" öz adını sadəcə "Litsey"ə dəyişmiş və direktorlar yalnız Rusiya vətəndaşlarından olması qanunlaşmışdır.Ancaq yenə də bu gün Pantürkizm ideologiyası yaşayır və nə qədər ki,Türklər var yenədə yaşayacaq
Sitat
Dildə, fikirdə, işdə birlik — İsmayıl Qaspiralı, Pantürkizm ideolgiyasının atası.