Nə üçün bəzi insanlar həyatda daha müvəffəqiyyətli olur? Nə üçün bəzi insanlar bacarma arzusu ilə doğularkən, bəziləri çöldən dəstək görmədiyi zaman olduğu yerdə sayır? Nə üçün bəzilərinin ehtiras fitili heç bir zaman odlanmır? Bir ailənin bəzi üzvləri çox müvəffəqiyyətli bir xətt tutdurarkən, nə üçün eyni ailənin başqa üzvləri müvəffəqiyyət nərdivanının ən alt pillələrində vurnuxub dayanır? Elm adamları bacarma istəyi və ya ehtiras olaraq xarakterizə edilən impulsun qaynağını araşdırır. Time jurnalının 13 Fevral 2006 tarixli sayında nümayiş olunan bu maraqlı yazının geniş bir xülasəsini təqdim edirik. İnsanlığın davranış portföyündeki impulsların içində ehtiras Ğortak tortdan, başqaları qapmadan ən böyük hissəsi qapma istəyi- insanlara ən demokratik şəkildə paylanmış olmalıdır. Təbiət, əslində cəmi sıfır olan bir oyundur. Ailəniz üçün ovladığınız hər heyvan, başqalarının bir heyvan əskik yeməsi mənasını verər. İşğal etdiyiniz hər torpaq, digərlərinin daha az torpaqla kifayətlənməsini tələb edir. Hadisəyə bu şəkildə baxınca, bacarma ehtiyacının hər kəsə bərabər olaraq paylanmış olduğu nəticəsi çıxır. Ancaq bu nəticə gerçəyi əks etdirmir. Bacarma arzusu hər kəsdə eyni olmadığı üçün müvəffəqiyyətə çatmaq üçün əlindəki bütün imkanları istifadə edən hər insana, əlindəkiylə kifayətlənən başqa bir insan düşür. Ayrıca bacarma ehtirası qadın və kişidə də fərqli bir yol izlər. Eyni şəkildə Amerikalılar ilə Avropalılar, zənginlər ilə kasıblar, döyüş sonrası generasiya ilə zamanımızın gəncliyi də bu baxımdan fərqlidir. Ehtiraslı kəslər də ehtiraslarını fərqli şəkillərdə yaşayarlar. Ehtirasın tərifi "Ehtiras təkamülün bir tərəf məhsuludur" deyə danışan Soxa University of Americadan antropoloq Edward Lowe, "İctimai statusun necə təyin olunduğuna baxmadan, hər cəmiyyətdə bəzi insanlar, ictimai status üçün digər insanlardan daha agressiv bir yol izlərlər" deyir. Davisdəki Kaliforniya Universitetindən psixoloq Dean Simonton, müvəffəqiyyətin kompleks bir fakt olduğuna diqqət çəkir: "Ehtiras enerji və dayanıqlılıq tələb edir. Ancaq bu nöqtədə bir hədəfin də olması lazımdır. Hədəfi olan enerjisi olmayan insanlar, bir divana uzanıb,bir gün daha yaxşı bir siçan tələsi düzəldəcəm deyə xəyal quranlardır. Enerjisi olub, hədəfi olmayan insanlar isə bir proyektdən digərinə atlarkən, dağılıb gedər." Enerjinizin, hədəfinizin və qabiliyyətinizin var olduğunu fərz edək. Bu vəziyyətdə ehtiras bərabərdirmi? Fövqəladə bir qulağı olan müvəffəqiyyətli bir musiqiçi, hər notada tər tökən müvəffəqiyyətsiz bir musiqiçidən dahamı ehtiraslıdır? Motsartı dinləyə bilərik, lakin Salierinidə alqışlamağımız lazım deyilmi? Ehtiras mövzusunun ən böyük açmazı, ehtirasın həddindən artığa çatdırıldığı vəziyyətlərdir. Əxlaqi qayğılar daşımayan böyük hədəflər, diktatorları doğurar Ğveya Enron və Parmalatı. Gündə 16 saatlıq iş tempi, iş masasında yenilən sürətli yeməklərlə birləşincə infarkt və tükənmişlik sindromlarına dəvətnamə çıxardar. Hətta uşaqlar arasında belə ehtiras, sürətlə zərər verməyə başlayar. Ehtirasın açmazı Ohio State Universitetinden antropoloq Peter Demerath, normal tədris planılarının xaricində çox sayda dərs alan, dərslərdən sonra idman fəaliyyətlərə qatılan və bunlarla kifayətlənməyib boş zamanlarında işləyən 600 litsey şagirdi üzərində bir araşdırma icra apardı. Bunların yüzdə 70 i arada sırada və ya davamlı stress içində olduqlarını etiraf etdilər. Demerath qarşılaşdığı maraqlı hadisələrdən birini belə izah edir: "Uşaqlardan birinə, ailəsinin bu iş tempini necə qarşıladıqlarını soruşdum. Uşaq evdə keçirdiyi zamanın çox qısa olduğunu və bu səbəblə ailəsiylə danışmağa fürsət tapa bilmədiyini söylədi." Antropoloqlar, psixoloqlar və digər mütəxəssislər bu mövzuya daha yaxından əyilərək, ehtirasın köklərini ailədə, mədəniyyətdə, cinsiyyət fərqində və digər faktorlarda axtarır. Lowe, "Prestij arxasında qaçmaq son dərəcə insani bir tutumdur. Yalnız qarınını doydurmaq və sığınmaq kafi gəlməz. İnsanlar daha çoxunu istəyər" deyir. Ehtiras insanların xaricində heyvanlar aləmində də məşhurdur. Bir çox heyvan, doğulduqları andan etibarən ehtiras əlamətləri göstərməyə başlayar. Tək ehtiraslı növ insan deyil Qurd balaları daha süddən kəsilmədən əvvəl, bəzilərinin "alfa" bəzilərinin də "beta" olduqları bilinir. Alfalar daha sürətli, daha maraqlı və süd, ana və yatacaq yer baxımından daha acgözdür. Ayrıca həyatları boyunca da alfa olaraq qalarlar. Alfa qurdları yuvalarından daha çox uzaqlaşar, hər il balalayarlar və 10-11 yaşına qədər yaşayarlar. Betalar bu üstünlüklərin heç birindən faydalanmazlar; yuvalarından çox uzaqlaşmazlar; nadir olaraq balalayarlar və ümumiyyətlə 4 yaşından əvvəl ölərlər. İnsanlar da buna bənzər təbii bir dayanıqlılıq sərgilər. Uşaqlığında ələ ovuca gəlməz uşaqların, böyüyüncə nə qədər müvəffəqiyyətli bir iş adamı olduğu əhvalatları məşhurdur. Bu xüsusiyyət genlərlə keçirsə, müvəffəqiyyət yolunda fərqli cığırlarda irəliləyən tək yumurta əkizlərinin vəziyyəti necə açıqlana bilər? Bu anda doğulduqdan sonra bir-birlərindən ayrılan tək yumurta əkizləri üzərində davam etməkdə olan işlərdə, müvəffəqiyyət impulsunun şiddəti ölçülür. İşlərdə əkizlərin profillərinin yüzdə 30-50 nisbətlərində üst-üstə düşdüyü görülür. Ehtirasın beyindəki izləri Bu nəticə, genetik baxımdan, irsiliyin çox əhəmiyyətli bir faktor olduğunu göstərər. Ancaq yenə də uşaqlıq təcrübələri, ailənin təsiri kimi ekoloji faktorların da rolunun kiçik hesab edilməyəcək qədər əhəmiyyətli olduğu da aydın olur. Bu dəyişənləri araşdırmanın bir yolu da beyni araşdırmaqdır. Missouri, St.Louisdakı Vaşinqton Universitetindəki elm adamları, stabillik olaraq bilinən bir xüsusiyyəti araşdırmaq üçün beyin görünüşlərindən faydalandılar. Stabillik, bir işə tamamlanana qədər fokuslanma qabiliyyətidir. Elm adamlarının stabillik üzərində dayanmalarının bir səbəbi də stabilliyi, ehtirası hərəkətə keçirən bir mühərrik olaraq düşünmələridir. Elm adamları bu məzmunda şagirdlərə bəzi suallar soruşaraq stabillik səviyyələrini ölçdülər. Daha sonra şagirdlərə sadə bir vəzifə verərək, vəzifəsni icra edərkən beyinlərinin maqnetik rezonans ilə görünüşünü götürdülər. Nəticədə stabillik ölçümləri ən yüksək olan şagirdlərin beyinlərindəki limbik bölgədə çox böyük bir hərəkətlilik olduğunu təsbit etdilər. Limbik bölgə, beynin duyğular və vərdişlər ilə əlaqədar olan bölgəsidir. "Korelasyon 0.8 (və ya yüzdə 80) idi" deyə şərhdə olan araşdırma məsulu professor Robert Cloninger, "Bu, stabilliyin işin tamamlanmasında nə qədər əhəmiyyətli bir faktor olduğunu göstərir" deyir. Bu vaxt beyindəki doğuşdan gələn fərqliliklərin ehtirasları tətiklədiyini və ya öyrənilən davranışların limbik bölgəni fəaliyyətə keçirdiyini söyləmək mümkün deyil. Lakin bəzi elm adamları ehtirası olmayan insanları, doğru yerdə doğru üsulla tətikləndiyi təqdirdə ehtiraslı hala gətirmənin mümkün olduğuna inanır. "Enerji səviyyəsi genetik ola bilər" deyə danışan psixoloq Simonton, "Ancaq enerji səviyyəsi doğru zamanda doğru hədəfi tapmaqda insanlara yol göstərər" deyir. Simonton və həmkarları Franklin D. Roosveltin uşaq iflici xəstəliyinin özünə öyrətdiyi səbir və mübarizə ruhu sayəsində bu qədər müvəffəqiyyətli bir başçı olduğunu irəli sürür. ardı var...