Bu günlərdə məndən yaşda böyük olan bir neçə adamla bu barədə söhbətimiz oldu. Bu məqaləni yazmağı lazım bildim.
Hələdə Azərbaycanda rusiya bizimlə dostdur və ya bizim yeganə çıxış yolumuz ruslarla yenidən sovet dövründəki kimi dostlaşmaqdır deyə düşünənlər az deyil. Bizim ruslarla dostluğumuz yerlə göyün dostluğu kimi ola bilər. Ən azından bir bunu düşünün. Ermənilər düşmənimizdir deyirik. Bəli bu belədir amma o düşməni bizə rusiya satıb. Bunu heç vaxt unutmayaq. Deməli bizə düşmən yaradan bir idyologiyaya sahib olan bir qüvvə ilə "dost" ola bilərik. Ey rusiya bizim yeganə çıxış yolumuzdur deyənlər, söylədiklərinizin nə qədər gülünc səsləndiyini görürsünüz? Birdə, bu dövlətin xarici işlər naziri ermənidir (tr.wikipedia.org/wiki/Sergey_Lavrov) . Bir çox dovlət əhəmiyyətli qurumlara ermənilər başçılıq edir, informasiya mövzusuna heç toxunmuram
Dostlar bəziləriniz bəlkədə bu məqaləni oxuyan zaman deyəcəksiniz ki, çox işlənmiş mövzudur amma təssüflər olsun ki, bele düşünənlərlə razılaşmıram. Əgər bir mövzu çox işlənmiş və ya çox müzakirə mövzusu olursa, dediyim kimi fikirləşən insanlar bu gün Azərbaycanda olmamalı idi. Düşünməyin ki ele düşünənləri Azərbaycandan qovmaq lazımdı deyə düşünürəm. Yox, əsla . Sadəcə olaraq üzərində çox işlənilən mövzular adətən ideala yaxın formalarda cəmiyyət tərəfindən mənimsənilir.
Mən demirəm gəlin gedək rusiya və ya ruslarla dava edək. Bu ən azından axmaqlıq olar.Sadəcə deyəcəyim budur ki, gəlin özümüz kimi olaq. Bizi idarə edəcək yönləndirəcək bir qüvvəyə ehtiyacımız yoxdu. Vallah biz bu dünyanin ən böyük millətiyik və ən böyük mədəniyyətinə sahibik.