Deməli
belə, xəbəriniz olduğu kimi, deyilənlərə görə, internetə nəzarət edən
bir qurum və ya Rabitə və İnformasiya Nazirliyinin nəzdində bir şöbə ,..
yoxsa nə bilim nəsə, buna bənzər bir şey yaradılır." Hamınızı təbrik
edirəm! Xeyirli, uğurlu olsun. Artıq bizim bir cəmiyyət olaraq başqa
problemimiz qalmayacaq (xalq deməyə dilim gəlmədi). Artıq bizi
"rahatsız" edən bütün informasiyalara qadağa qoya biləcəyik. Nə gözəl.
Bundan gözəl nə ola bilər? Məsələn, mən təklif edirəm ki, bütün saytları
Aztv nin saytına yönləndirək . Bu yolla biz bütün təhlükələrdən uzaq,
xoşbəxt, firavan yaşayıb gedərik. Bizə məgər "düzgün, qərəzsiz ”
informasiya lazım deyil? O da Aztv də. Yoxsa bizim nəyimizə lazımdı
girək hansısa bir bloga orda yazılanlar da bizi ayıldsın, sonrada
özümüzü oda salaq. Dayandığımız yerdə birdən birə düşünək ki, pay atonan
sən demə... Yox-yox bu məsələ tez bir zamanda öz həllini tapmalıdır.
Məsələn hansı azərbaycanlı istəməz ki, onun problemlərindən yazan bir
sayt və ya bloga qadağa qoyulmasın. Bir düşünün həmən saytı açırsan səni
belə bir "mənzərə” qarşılayır BU SAYT HƏDDİNDƏN ARTIQ SOSİAL OLDUĞU
ÜÇÜN, FİLAN TARİXDƏN, FALAN QANUNLA , FILAN-FILAN ŞEYLƏR GÖRƏ BAĞLANIB!
Gələ. Bunun nəyi pisdir ki? Məncə tək-tək etiraz edənlər olacaq amma,
biz onlara fikir verməməliyik. Axı biz daha "böyük" gələcəyə inanan bir
cəmiyyətik. Biz özümüz özlüyümüzdə bir dünyayıq. Özüdə bu dünya boyda bir
dünya! Zarafat deyilee. Gərək özümüz özümüzü qiymətləndirək. Yoxsa bizi
heç kəs qiymətləndirməyəcək. Çünkü kənardan baxanda, biz başqa cürə
görünürük. Bəli bəli başqa cürə. Kənardan baxanda biz elə görünürük ki,
guya bizdə korrupsiya baş alıb gedir, rüşvətxorluqdur, qanunsuzluqdur,
monarxiyadır. Amma əslində bu bizim böyük siyasətimizin bəhrəsidir. Qoy
onlar elə bilsin. Gün gələcə dünya ilə bizim aramızda pərdə cırılanda,
onlar özləri mat qalacaqlar. Hətta mən deyərdim bir neçə xalq lar var
ki, (mən onların adınıda yaza bilərəm) onlar şoka düşəcək.Məsələn:Qərbi
Avropa xalqlarının hamısı, Amerika xalqı, hətta bu gedişlə getsə,
qonşumuz Gürcü xalqı darma-dağın olacaq. Paxıllıqlarından
partlayacaqlar. Bu internetə nəzarət məsələsi çox ciddi məsələdir.
Məhşur film də deyildiyi kimi "həm ciddidir, həmdə vacib”
PS: Sual: Bizə nə lazımdır? Cavab: Yemək və şənlik "