Şənbə, 2024-04-20, 01:08
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 1
Qonaq: 1
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Avqust » 23 » Hüseyn Cavid
Bookmark and Share
Hüseyn Cavid
12:06

 

Erkək, qadın, əsgər, çocuq, ixtiyar
— Əsir — deyə, minlərcə türk övladı:
İssız bir adanın qoynunda sızlar,
Sorulmaz dərdi, duyulmaz fəryadı.

İştə kinli bir məzarlıq ki hər gün
Yığın-yığın insan udar da, doymaz;
Sağlam vücudlar belə düşgün, ölgün,
Ümidsiz bir heykəldən fərq olunmaz.

Gülümsərlər, fəqət həp gözlərində
İntiqamlı şimşəklər çaxar, durur.
Çırpınırlar, solmuş bənizlərində
Bir çox gizli, sönük əməllər uyur.

Yalnız soyuq, yağmur, boran, fırtına
Oxşar durur bu məhzun könülləri;
Üryanlıq, xəstəlik, aclıq bir yana,
Susuzluqdan həp qurumuş dilləri.

Amansız qartalın vəhşi dırnağı
Məsum yavruları didib parçalar.
İştə ədalət! İlanlar yatağı
İnsanlara məskən verilmiş qərar.

Nerdə o sərxoşlar ki həp "qardaşlıq,
Birlik, bərabərlik” deyə sayıqlar.
İştə bir vəhşət ki, çəkilməz artıq,
Dost deyil, düşmən belə görsə ağlar.

Ey türk eli! Ey milyonlar ölkəsi!
Saqın duyma nədir bu hal, bu dəhşət; 
Titrətməsin səni bu qardaş səsi,
Korluq, sağırlıq o da bir səadət!...

Bölmə: Şeir | Baxılıb: 1570 | Müəllif: vatanbaku | Teqlər: Cavid, şeir, şer, hüseyn | Reytinq: 0.0/0 |
şərhlər: 0
Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Loqin:
Parol:
Axtar
Kalendar
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz