Ağqoyunlular - 1284 -1291 illər
arasında, Xorasandan Anadolu'ya köçmüş oğuz türklərinin tayfa birliyi
olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində
məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər
sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması
zamanında Ağqoyunlu dövlətini qurmuşlar.
Ağqoyunlu dövlətinin yaranması
Azərbaycan-türk sülaləsi. 1468-1503-cü illərdə Azərbaycanda və İ
... Davamı »
Tam adı Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu Qacar Doğum tarixi 1748 Doğum yeri Gəncə Ölüm tarixi 4 yanvar 1804 Ölüm yeri Gəncə Ölüm səbəbi Qətlə yetirilib
Cavad xan - mənşəcə Azərbaycan türklərindən (qacarlardan) olan böyük sərkərdə, dövlət xadimi, Gəncə xanlığının son hakimi. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə oğulları ilə birlikdə qəhrəmancasına həlak olmuşdur.
Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş
... Davamı »
Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olub. Orta məktəbi bitrdikdən sonra Bakı piyada qoşunları məktəbinə daxil olub.
1942-ci ildən müharibənin sonuna kimi cəbhədə vuruşub. Vzvod və Cərimələnənlər batalyonunun komandiri olub.
18 yaşından vuruşan Bunyadov iki dəfə yaralanıb və kontuziya alıb. 1945-ci ildə 27 fevral tarixində göstərdiyi şücaətlərə görə ona "Sovet İttifaqı Qəhrəmanı" fəxri adı verilir. Müharibədən sonra Ziya Bünyadov Moskvada şərqşünaslıq fakültəsini bitirir.
1954-cü ildə isə namizədlik dissertasiyasını müdafiə edib. Bundan sonra ona Moskva ya da Sankt-Peterburqda qalıb işləmək təklif olunur o isə "mən Azərbaycanlıyam ancaq Bakıda işləyib yaşayacağam"- dey
... Davamı »