Ağqoyunlular - 1284 -1291 illər
arasında, Xorasandan Anadolu'ya köçmüş oğuz türklərinin tayfa birliyi
olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində
məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər
sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması
zamanında Ağqoyunlu dövlətini qurmuşlar.
Ağqoyunlu dövlətinin yaranması
Azərbaycan-türk sülaləsi. 1468-1503-cü illərdə Azərbaycanda və İranda hakimiyyətdə olmuşlar.
XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı
Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy
isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını
qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları
Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq
etmişdir.
1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə
Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə
Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.
Dövlət quruluşu
Azərbaycan Tarixi
tarixi və müasir dövlətlər
Ən qədim tarix
Aratta
Lulubi
Kuti
Sak çarlığı
Qədim tarix
Manna
Midiya
Atropatena
Qafqaz Albaniyası
Orta əsrlər
Böyük Səlcuq İmperiyası 1037 – 1194
Atabəylər dövləti 1135 – 1191
Elxanilər dövləti 1256 – 1335
Qaraqoyunlular 1375 – 1468
Ağqoyunlular 1378 – 1508
Şirvanşahlar 1206 – 1413
Səfəvilər 1501 – 1722
Qacarlar 1794 – 1925
Azərbaycan xanlıqları 1736 – 1828
Müasir tarix
Azərbaycan Xalq Cümhuriyyəti 1918 – 1920
Azərbaycan SSR 1920 – 1991
Azərbaycan Milli Hökuməti 1945 – 1946
Azərbaycan Respublikası 1991-dən
Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi
sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları
padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra
adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana
adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini
məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir
gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət
edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda
ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və
nahiyələrə bölünürdü. Dövlətin mərkəzi Təbriz şəhəri idi.