Bazar, 2024-12-22, 20:44
VATANBAKU
Xoş gəlmisiz Qonaq | RSS
Menyu
Bölmələr
Məqalə [37]
Tarix [23]
Şeir [13]
Musiqi [0]
Video [1]
Şəxsiyyətlər [14]
Sorğu
İdeallara inanırsınızmı?
Bütün cavablar: 254
Statistika

Online: 2
Qonaq: 2
İstifadəçi: 0
Vatan Baku

..
Reklam









  
Ana səhifə » 2009 » Avqust » 23 » Nuru Killigil (NURİ PAŞA)
Bookmark and Share
Nuru Killigil (NURİ PAŞA)
01:35

nuri pasa

Nuru Killigil (NURİ PAŞA)
1881 - 1949

Doğum Yeri: İstanbul
Ölüm Yeri: İstanbul
Bağlılığı: Osmanlı Dövləti
Əmr etdiyi: İslam Ordusu
döyüş/Qarşıdurma: Qafqaz Cəbhəsi
Sonrakı İşi: İşadamı



Nuru Killigil (və ya Nuru Paşa) (1881-1949) Osmanlı ordusunda komandir və Cumhuriyyət dövrü işadamı.
 

Enver Paşanın qardaşı olan Nuru Killigil, I. Dünya Döyüşünün sonlarında "İslam Ordusu" adında müsəlmanlardan qurulan bir ordu ilə Brest-Litovsk Müqaviləsi ilə döyüşdən çəkilən Rusların boşaltdığı Qafqaz torpaqlarına hücuma keçdi.

Bu ordunun önünü kəsmək üçün İngilislər Bakıya kiçik bir qüvvət göndərmişlər idi, lakin İslam Ordusunun Azərbaycan daxilində böyük dəstək tapıb güclənməsi üzərinə Bakı Döyüşündə məğlub olub buradan çəkildilər. Lakin I. Dünya Döyüşünün Osmanlı Məğlubiyyəti ilə bitməsi və Enver Paşanın ölkəni tərk etməsi üzərinə bu qüvvət dağıldı.

Döyüşdən sonra Almaniyada yaşayan Nuru Killigil, 1938-ci ildə Zeytinburnunda iy ver kömürü satan bir şirkəti satın alıb buranı bir mədən əşya fabrikinə çevirdi və Türkiyəyə döndü. Bu fabrikdə tapança, matara, dəmir çubuq, qaz maskası və güllə çıxarılacaqdı.

1941-ci ildə Nuru Killigil, Ankaradakı Alman Səfiri Franz von Papen ilə görüşməyə başladı və Türkiyədə Turançı hərəkata gizli dəstək verərək Almanların müttəfiqliyini qazandı. Nuru Paşanın fikirləri Alman Xarici işlər nazirliyinin Türkiyə işlərindən məsul məsləhətçisi Ernst Woermann tərəfindən hesabat halına gətirilib, Almaniyada Turançılıq Masasının və SS Şərq Türkistan alayının qurulmasına liderlik etdi.

Nuru Paşa Türkiyə ilə inteqrasiya olunacaq digər Türk xalqlarının ilk olaraq Türkiyə sərhədlərinə yaxın yaşayan Azərbaycan türkləri və Türkmənlər olduğunu ifadə edir, Bunlardan sonra isə Tataristana qədər uzanan bölgədəki Türk xalqlarının inteqrasiya olunacağını düşünürdü. Bunun üçün isə Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı döyüşməli, Almanlar da Türk əslli Sovet əsirlərindən ordu qurub bunu Türkiyənin əmrinə verməli idi. Alman tərəfinin bu görüşlərin dəstəkçisi olub olmadığı narahatlığına isə orduda çox bu fikirdə zabit olduğunu, hökumətin bu görüşmələrdən xəbərdar olduğunu, xalqın isə bu fikirləri tezcə mənimsəyəcəyini söyləmişdi.

Daha sonra Killigil fabrikini genişlədərək Sütlücəyə daşıdı, yeni mühərrik və maşınlarla havan və havan gülləsi istehsalına da başladı. Bir müddət sonra fabrikin silah çıxarmayacağını bəyan etdi lakin istehsal gizlicə davam etdi.

Amma 2 Mart 1949 günü saat 16.30da fabrikdə böyük bir partlama meydana gəldi və aralarında Nuru Killigilin də olduğu 27 adam bu patlamda həyatını itirdi. Partlamanın qəzamı, təxribatmı olduğuna isə açıqlıq gətirilə bilmədi.

Killigil tapançası 

Nuru Killigil tərəfindən məhdud ədəddə çıxarılmış 9 mm diametrində yarım avtomatik tapançadır. Zamanının kənarında bir dizayna malikdir. Mükəmməl vəziyyətdə saxlanmış bir nümunəsi İstanbul Hərbiyə Əsgəri Muzeyində var. Varisi tərəfindən muzeyə bağışlanmış və xüsusi qutusunda ilk günkü kimi saxlanmaqdadır. Ehtiyat maqazini və hərbisi ilə birgə görülə bilər. Baxın

Bölmə: Şəxsiyyətlər | Baxılıb: 2456 | Müəllif: vatanbaku | Teqlər: pasha, nuri, nuri pasa, paşa, killigil, pasa | Reytinq: 0.0/0 |
şərhlər: 1
+1  
1 Türk   (2011-02-25 17:07) [Məqalə]
Türk dünyasinin qəhrəman oğluna alqişlar olsun

Yalnız qeydə alınan istifadəçilər şərhləri əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]
Giriş forması
Axtar
Kalendar
«  Avqust 2009  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Arxiv
Saytlar
  • facebook
  • Antikommunist
  • vatanbaku.tr.gg
  • twitter
  • Create your own site
  • microsoft
  • Xəbərlər

     Valyuta məzənnəsi

    Hava Haqqında

    Hava Haqqında


    Copyright VatanbakU © 2024Free web hostinguCoz